Bazar, 21 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

FTB Azərbaycanın adı hallanan təhqiqatla bağlı konqresmenin evinə basqın edib

21 Yanvar 2022
A A
FTB Azərbaycanın adı hallanan təhqiqatla bağlı konqresmenin evinə basqın edib

FTB konqresmen Henri Kuelların evində axtarış aparır/ 19.01.2022 Foto: The Monitor

Birləşmiş Ştatların Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın bir neçə iş adamı ilə Azərbaycan arasındakı münasibətlərə dair aparılan federal təhqiqat çərçivəsində konqresmen Henri Kuelların Texasdakı evinə və seçki qərargahına basqın edib.

 “ABC News”un məlumatına görə, FTB axtarışların “davam edən təhqiqat”la bağlı olduğunu bildirsə də, açıqlanmayan mənbə yoxlamaların Azərbaycanla bağlı mümkün cinayətlər üzrə federal böyük jüri araşdırması olduğunu qeyd edib.

 “Dailymail” yazır ki, Azərbaycan keçmişdə xarici siyasət məqsədlərini təmin etmək və şübhəli seçki nəticələrini qanuniləşdirmək üçün xarici rəsmilərə və diplomatlara rüşvət verdiyinə görə sərt şəkildə tənqid edilib. Rüşvət təcrübəsi ölkədə o qədər geniş yayılıb ki, orada “kürü diplomatiyası” kimi tanınır. Lakin FTB-nin Kuellar ilə bağlı oxşar iddiaları araşdırıb-araşdırmaması bəlli deyil.

Kuelların ofisi aparılan təhqiqatların Azərbaycanla bağlantısı ilə əlaqəli olub-olmadığına cavab verməsə də, konqresmenin istənilən istintaqda FTB ilə tam əməkdaşlıq edəcəyini bildirib.

Henri Kuellar kimdir:

  • ABŞ-Meksika sərhədi boyunca Texasın 28-ci Konqres Dairəsini təmsil edir;
  • 2005-ci ildən Konqresdədir;
  • Son illərdə Konqresin Azərbaycan Qrupunun həmsədri vəzifəsində çalışıb. Dəfələrlə Azərbaycan rəsmiləri, o cümlədən Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Elin Süleymanovla görüşüb.


Qeyd: Təhqiqatda Azərbaycanın adı hallansa da araşdırmanın detalları tam açıqlanmayıb.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia