Şənbə, 15 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Böyük köç tarixi – Öz kimliyini qorumağa çalışan ahıskalılar

04 Fevral 2022
A A
Böyük köç tarixi – Öz kimliyini qorumağa çalışan ahıskalılar

Əfrail İsgəndərovun ailə fotosu Foto: İsmayıl Fətəliyev/OC Media

Stalinin ahıska türklərini Qərbi Gürcüstandan Orta Asiyaya sürgün etməsindən 77 il ötüb. O vaxtdan bəri onlar dəfələrlə müharibələrə məruz qalıb, köç ediblər. Çətinliklərin davam etməsinə baxmayaraq, Azərbaycan və Ukraynadakı icma hələ də öz kimliklərinə bağlı qalıb.

OC Media hələ də adətlərini, kimliklərini yaşatmağa çalışan ahıskalılarla həmsöhbət olub. Təqaüdə çıxmış 67 yaşlı Əfrail İskəndərov deyir, 30 ildən çox vaxt ötüb keçsə də, geri qayıtmaq istəyir. Çünki oranın xüsusi havası, suyu və təbiəti var.

İskəndərovlar ailəsi digər 250 ahıska ailəsi ilə birlikdə 1992-ci ildə Birinci Dağlıq Qarabağ müharibəsi başlayanda Xocalı qətliamından qaçıblar. Cütlüyə və 5 övladına Xocalıdan 200 kilometr şərqdə yerləşən Sabirabad rayonunda, beşmərtəbəli binada qəzalı vəziyyətdə olan mənzildə müvəqqəti yaşama icazəsi verilib. Onlar hazırda da burada yaşamağa davam edirlər. Hazırda həmin mənzildə artıq qocalmış cütlüyün kiçik oğlu, gəlinləri və 3 yaşlı nəvəsi yaşayır.

Əfrail İsgəndərov ailə şəkillərinə baxır. Sabirabad, Azərbaycan. Foto: İsmayıl Fətəliyev/OC Media

Əfrail İskəndarov xalq təbibi – “sınıqçı”dır. Ahıskalılar hesab edirlər ki, bədənin hər hansı bir üzvü sağalmayanda, qol və ya ayaq qırılanda, sınıqçı onu masaj edərək otlarla düzəldə bilər. Onun 66 yaşındakı həyat yoldaşı Məhbulə xanım da təmizlik, toxuculuq və tikiş kimi ənənəvi qaydada gündəlik ev işləri ilə məşğuldur.

Birlik simvolu

Azərbaycanda 70 minə yaxın ahıska türkü yaşayır. Onlar əsasən kənd yerlərində məskunlaşıb. Ahıskalıların demək olar ki, yarısı  Bakıdan təxminən 200 km cənub-qərbdə yerləşən Sabirabad rayonun 9 kəndində və Saatlı rayonu yaxınlığında kompakt şəkildə yaşayırlar. Bəzi kəndlərdə sakinləri sadəcə Axısqa türklərindən ibarətdir, digərlərində isə qarışıq şəkildə yaşayırlar.

Sabirabad rayonunun Əhmədabad kəndinin sakinlərinin hamısı ahıska türkləridir. Kənddə ahıska Folklor Evi var. Onların toxuduqları yastıq, yorğan və digər əl işləri ölkə daxilində keçirilən yarmarkalarda və yarışmalarda təqdim edilir.

Vaqif Dişadze Folklor Evində fotoları göstərir. Sabirabad, Azərbaycan. Foto: İsmayıl Fətəliyev/OC Media

Folklor Evi əsasən “halay” kimi milli ahıska rəqslərinin qorunub saxlanmasına kömək edən rəqs qrupları ilə fəxr edir. 20 ilə yaxındır ki, Folklor Evinə rəhbərlik edən 52 yaşlı Vaqif Dişadze deyir, bu rəqs birliyin simvoludur. Onların rəqs qrupları tez-tez milli və regional miqyasda keçirilən mədəniyyət müsabiqələrində mükafatlar qazanır. Rəqs qruplarında iyirmiyə qədər rəqqas var və əsasən 8-11 sinif şagirdlərindən ibarətdir.

Erkən yaşda nikahlar olduğuna görə rəqs qruplarında axırıncı sinifdə oxuyan qızları qəbul etmirlər. Çünki onlar evləndikdən sonra məktəbi tərk etmə ehtimalı var:

Valideynlər qızlarının telefonla kiminlə danışdığını bilmir və qorxurlar. Qızlar məktəbi qurtarıb 18 yaşında yetkinlik yaşına çatan kimi yaxşı olar ki, ərə verilsin.

Vaqif Dişadze

Azərbaycandakı ən böyük ahıska kəndi olan Nəsimikənd qonşu Saatlı rayonunda yerləşir. Bura ahıska türkləri arasında Adıgün adı ilə tanınır və buranı qeyri-rəsmi paytaxt hesab edirlər. Deportasiyadan əvvəl ahıskalıların Gürcüstanda yaşadığı rayonlardan biri Adıgün adlanırdı.

Ahıskalıların iyerarxiyası və dəyişiklik üçün zəif küləklər

Türkdilli xalqlar arasında ahıska türkləri öz orijinal, bənzərsiz adət-ənənələrini qoruyub saxlaya bilmiş azsaylı xalqlardan sayılır. Onların danışdıqları türk ləhcəsində əcnəbi dildən alınma söz demək olar ki, yoxdur. Bu, 1944-cü il deportasiyası zamanı və birbaşa deportasiyadan sonra üzləşdikləri təcridlə bağlıdır.

53 yaşlı Əli Bayraktarov deyir, onlara müxtəlif xalqların inteqrasiyasının qaçılmaz olduğu böyük şəhərlərə girməyə icazə verilməyib. Bunun yerinə kənd yerlərində təzyiq altında yaşayıblar. Fermer və kənddəki məktəbin müdiri olan Bayraktarovun dayısı1959-cu ildə ahıskalıların Orta Asiyadan Azərbaycana ilk köç dalğasının təşəbbüskarlarından biri olub.

Əli Bayraktarov çay evində. Foto: İsmayıl Fətəliyev/OC Media

Ahıskalı ailələrdə adətən güclü kişi fiquru iyerarxiyası var-ata ailənin başçısıdır və digərləri də məsləhət üçün ona müraciət edirlər. Onun yoxluğunda yerinə böyük oğlu keçir. Bununla yanaşı, ailədə bir neçə oğul övladı varsa, kiçik oğul atanın varisi hesab olunur. Kiçik oğul öz ailəsi ilə ata evində valideynləri ilə birlikdə yaşayır.

Əlinin həyat yoldaşı Yetər Bayraktarova səhər yeməyi hazırlayır. Foto: İsmayıl Fətəliyev/OC Media

Uzun müddətli təcrid olunmalar nikahlara da xüsusi təsir edib. Sovet dövründən əvvəl və Sovet dövründə ahıskalılar demək olar ki, yalnız öz icmalarının üzvləri ilə evlənirdilər. Lakin SSRİ-nin dağılmasından sonra digər türkdilli xalqlarla qarışıq nikahlar və qohumluq əlaqələri bu tabunu bir qədər sındırıb:

Əgər qız evlilik haqqında müsbət fikirləşirsə, deyir, ata, qərar səndən asılıdır. Bu mentalitet hələ də davam edir.

Əli Bayraktarov

“Bu qeyri-müəyyənlik məni narahat edir”

Ukraynada da baş verən münaqişələr və köçlər ahıska türklərini təqib edir, onların yenidən formalaşmasında rol oynayır. 2020-ci ilin sonuna olan hesablamara görə, ölkədə yaşayan axıskalıların sayının təxminən 7500 olduğu güman edilir.

Ukraynanın böyük şəhərlərində yaşayan bir çox ahıskalı 2014-cü ildə baş verən Meydan inqilabını dəstəkləyib və sonrakı Donbass müharibəsində Ukrayna ordusunun fəal dəstəkçisi olub. Onlar bir yerə toplaşaraq əsgərlərə dərman, sarğı, yemək, qalın paltar və digər zəruri əşyalar göndəriblər.

2014-cü ilin may-iyul aylarında Slavyanskda Ukrayna ordusu ilə separatçılar arasında gedən gərgin döyüşlər zamanı bir çox ahıskalı öz ailə üzvlərini Rusiya sərhədində gizlədib. Onların arasında Slavyanskdakı ahıska icmasının rəhbəri Sədri Əhmədov da olub.

Sədri Əhmədov. Foto:İsmayıl Fətəliyev/OC Media

Separatçılar onun yeni təmir edilmiş evinin yarısını dağıdıb, avtomobilini yandırıb və heyvanlarını öldürüblər. O vaxtdan bəri evini lazımınca təmir etdirə bilməyən Sədri Əhmədov etiraf edir ki, müharibədən əvvəlki həvəsindən heç nə qalmayıb:

Hər şeyin necə bitəcəyi ilə bağlı heç bir fikrim yoxdur. Bu qeyri-müəyyənlik məni narahat edir.

Sədri Əhmədov

Sədri Əhmədovun həyat yoldaşı Altunun iş yeri, Slavyanskdakı ruhi müalicə dispanseri xəstələr və işçilər binanın içərisində olarkən bombalanıb. Xəsarət alan olmasa da, müəssisə yararsız hala düşüb.

Ukraynanın Slovyansk şəhərindəki ruhi müalicə dispanseri. Foto:İsmayıl Fətəliyev/OC Media

Yeni köç

2014-cü ildə müharibə başlayana kimi Slavyanskda, eyni zamanda onun yaxınlığındakı Nikolayevka və Semyonovka kəndlərində 310 ahıskalı ailə yaşayırdı.

Ukraynanın Odessa, Poltava, Sumı, Mariupol, Konstantinovka və digər şəhərlərində məscidlər var və Slavyanskda yaşayan ahıskalılar da məscid tikməyi planlaşdırırdı. Təəssüf ki, 2014-cü il müharibəsi bu planları pozdu.

Müharibədən sonra insanlar məscidin tikintisini davam etdirib etdirməməkdə qərarsız qalıb. Gələcək qeyri-müəyyən olanda insanlar şübhə etməyə başlayırlar.

Axund Əhməd Lütfiyev

Müharibə olmasına baxmayaraq Ukraynada yaşamağa davam edən ahıskalılar hələ də əcdadlarından qalan həyat tərzini qoruyub saxlamağa çalışırlar. İcmanın qeyri-rəsmi ağsaqqallar şurası var və onlar mübahisəli məsələləri həll edir,  məsləhətlər verir ,“insanları düzgün yola çəkirlər”.

Ahıskalılar bostanda tərəvəz yığımında. Slovyansk, Ukrayna. Foto:İsmayıl Fətəliyev/OC Media

İmamın dediyinə görə, insanlar öz icma üzvləri ehtiyac duyduqda, məsələn, evlilik və dəfn xərcləri üçün bir-birlərinə dəstək olurlar.

Ukraynada yaşayan ahıskalılar qəbiristanlıq üçün torpaq yeri satın alıblar. Bura Xaricdəki Türk Qəbiristanlığı adlanır, bir çox müsəlman qrupu üçün nəzərdə tutulub. Ahıskalılar bayram və matəm günlərində ruhani xidmətlər yerinə yetirmək yaxud sadəcə olaraq ərazini təmizləmək üçün bu qəbiristanlığa toplaşırlar.

Ukraynanın Slovyansk ilə Baxmut arasındakı müsəlman məzarlığı. Foto:İsmayıl Fətəliyev/OC Media

Valideynlərini bu qəbiristanlıqda dəfn edən 64 yaşlı Səbri Muradov deyir, ildə 2-3 dəfə qəbirləri təmizləmək, otları biçmək lazımdır:

Bu evini satıb getməklə eyni şey deyil. Onlara kim baxacaq?

Səbri Muradov
Səbri Muradov. Slovyansk, Ukrayna. Foto:İsmayıl Fətəliyev/OC Media

Bir çoxu hələ də Gürcüstanı öz tarixi vətəni hesab etsə də, Ukraynadakı ahıskalılar indi daha çox Türkiyəyə köçürlər. Çünki çoxları özlərini türk adlandırırlar və Türkiyə 2015-ci ildə onların köçürülməsi planına start verib. O vaxtdan bəri Türkiyənin Ərzincan şəhərində 220-yə yaxın ailə yeni tikilmiş bir və ya iki mərtəbəli evlərə köçürülüb. Onlar Türkiyə vətəndaşlığını alıb, əksəriyyəti 5 il müddətində aylıq nağd ödəniş və müvəqqəti iş yerləri ilə təmin olunub. Bu müddətin sonradan uzadılması gözlənilir. Onlardan çoxu təmizlik işləri, beton qarışdırma və bağ işləri ilə məşğul olur.

71 yaşındakı Tahir Aslanov hesab edir ki, insanın öz tarixi vətəni olmalıdır. O, heç vaxt Türkiyəyə getməyib, amma getməyə hazırdır:

İstənilən vaxt Türkiyəyə gedə bilərəm. Sadəcə çantanı yığıb getmək olar. Onlar sənədləri tez hazırlayır və yaşayış icazəsi verirlər. Lakin şansım olsaydı, tarixi torpağıma gedərdim.

Tahir Aslanov
Tahir Aslanov (sağda). Foto:İsmayıl Fətəliyev/OC Media
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia