Bazar ertəsi, 13 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ermənistanın ən böyük müxalif media qurumlarından biri bağlanır

15 Fevral 2022
A A
Ermənistanın ən böyük müxalif media qurumlarından biri bağlanır

Karyak Media Holdinqlərinin bayraqları. foto: Arka.am

ArmNews telekanalı və radiosunun, eyni zamanda Tert.am xəbər saytının daxil olduğu “Karyak” Media Holdinq fevralın 10-da  verdiyi açıqlamada Ermənistandakı fəaliyyətlərini dayandıracaqlarını bildirib. Açıqlamaya görə, holdinqin bu qərarının səbəbi maliyyə çətinlikləri ilə bağlıdır. Media qrupunun məlumatında o da qeyd olunub ki, bu günə qədər onlar əməkdaşlıqla bağlı çoxlu siyasi təklif alıb.

Ancaq bu, bizim prinsiplərimizə zidd olduğundan əməkdaşlıqdan imtina etdik

media qrupunun rəsmisi bildirib.

O həm də qeyd edib ki, bir sıra kommersiya təklifləri alsalar da media qrupunun informasiya siyasətini davam etdirməyə imkan verən təklif heç vaxt olmayıb.

Nəticə etibarilə təəssüfləndirci, amma olduqca təbii qərar verdik; Karyak Media qrupu fəaliyyətini dayandırır.

Karyak Media-nı kim qurub: Karyak Media qrupunun təsisçiləri Ermənistanın daha öncə iqtidarda olan Respublika Partiyasından olan dörd keçmiş deputat – Arman Saqatelyan, Karen Bekaryan, Mihran Akopyan və Samvel Farmanyandır.

Media qrupu özünün müxtəlif holdinqləri vasitəsilə mütəmadi olaraq Ermənistanda inqilabdan sonra hakimiyyətə gəlmiş hökumət ilə bağlı, xüsusilə də İkinci Dağlıq Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti barədə sərt tənqidlər yayımlayıb.

Nə qədər etibarlı mediadır: Bu yaxınlarda Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən keçirilən ictimai sorğunun nəticələrinə görə, ArmNews “xarici siyasətlə bağlı məlumatları” yayan ən etibarlı media qurumları arasında beşinci yeri tutub və respondentlərin 5%-i bu medianı ən yaxşı seçim kimi qiymətləndirib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia