Rusiya 36 ölkənin aviaşirkətlərinə hava məkanını bağlayaraq uçuşları məhdudlaşdırıb. “RİA Novosti” yazır ki, bu haqda Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb:
Bu, Avropa dövlətlərinin Rusiya aviadaşıyıcıları tərəfindən yerinə yetirilən və ya Rusiyada qeydiyyatdan keçmiş mülki hava gəmilərinin uçuşlarına qoyduğu qadağaya cavablaraq atılan addımdır. 36 ölkənin aviadaşıyıcıları tərəfindən uçuşların yerinə yetirilməsinə məhdudiyyət tətbiq edilir.
Federal Hava Nəqliyyatı Agentliyi
Qeyd edilib ki, uçuşlara xüsusi hallarda Federal Hava Nəqliyyatı Agentliyi və ya Xarici İşlər Nazirliyi icazə verə bilər.