Yaponiya Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyquya şəxsi sanksiyalar tətbiq edib. “RİA Novosti” yazır ki, şəxsi sanksiyalar Rusiya rəhbərliyinin 3 nümayəndəsinə də şamil edilir:
- Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev;
- Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov;
- Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev.
Qeyd olunur ki, Medvedev, Qerasimov və Patruşevin Yaponiyada aktivləri aşkar edilərsə, dondurulacaq. Bundan əlavə, Rusiyanın 49 şirkət və təşkilatına ixrac sanksiyaları tətbiq edilib. Sanksiya siyahısına “Rusiya Bankı”, “VEB” və “Promsvyazbank” da daxildir.