Kanada hökuməti Ukraynadakı hadisələrlə əlaqədar öz hava məkanını Belarus təyyarələri üçün bağlamaq qərarına gəlib. Bu barədə Kanadanın nəqliyyat naziri Ömər Əlqabra tvitter hesabında yazıb:
Rusiyanın Ukraynaya əsassız hücumunu dəstəkləyən Belarusun təyyarələrinin Kanada hava məkanına daxil olmasını qadağan edirik.
Ömər Əlqabra
Qeyd edək ki, analoji qərar daha əvvəl Rusiya təyyarələri ilə bağlı verilib. 36-dan çox ölkə hava məkanını Rusiya təyyarələrinə bağlayıb.