Cümə, 23 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Son iki həftə ərzində Qarabağda nə baş verib?

18 Mart 2022
A A
Son iki həftə ərzində Qarabağda nə baş verib?

Azərbaycanlı hərbçi və Rusiya sülhməramlısı. Foto: Stringer/Reuters

Hazırda Ukrayna-Rusiya arasındakı müharibə daha çox diqqət mərkəzində olsa da martın əvvəlindən etibarən Azərbaycanla Ermənistan arasında da gərginlik nisbətən artıb. Martın 2-dən etibarən Dağlıq Qarabağın Ermənistan ordusunun və ya Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində atəşkəs pozulub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2-12 mart tarixlərində Azərbaycan silahlı qüvvələrinin Goranboy, Ağam, Tərtər, Xocalı və Naxçıvan Muxtar Respublikasında yerləşən mövqeləri ayrı-ayrı vaxtlarda müxtəlif növ silahlardan atəşə tutulub.

OC Media yazır ki, hazırda Dağlıq Qarabağda yaşayan erməni sakinlər arasında gərginlik artıb və onlar yeni müharibənin olmasından narahatdır. Həm Ermənistan, həm də Azərbaycan atəşkəsi pozan tərəf kimi bir-birini ittiham edir.


Ermənistanın iddiası nədir:
Ermənistan rəsmiləri atəşkəs pozuntuları nəticəsində Dağlıq Qarabağda ermənilərin yaşadığı kəndin bombalandığını, bir mülki şəxsin yaralandığını, Ermənistanın Azərbaycanla Naxçıvan MR istiqamətindəki sərhədində baş verən atışma nəticəsində bir erməni əsgərinin öldüyünü deyir.

OC Medianın dərc etdiyi məqaləyə görə, təmas xəttinə yaxın ərazilərdə yaşayan ermənilər Azərbaycan ordusunun onları təhdid etdiyini və erməni əhalinin bu ərazini tərk etməsi üçün çağırış etdiyini qeyd edib. Bununla yanaşı, Azərbaycan ordusunun nəzarətində olan ərazidə qaz kəmərinin zədələnməsi nəticəsində Dağlıq Qarabağın əksər hissəsində, o cümlədən Xankəndidə 8 gün ərzində yerli əhali istilik əldə edə bilməyib. Məlumatda bildirilir ki, Azərbaycan ordusu həmin müddət ərzində erməni təmirçilərin qaz kəmərinə dəymiş ziyanı aradan qaldırması üçün əraziyə daxil olmasına icazə verməyib. Azərbaycan tərəfi martın 16-sı qaz kəmərinin təmirinə başlayıb.


Erməni əhali nədən narahatdır: Dağlıq Qarabağda hazırda yaşayan erməniləri narahat edən əsas məsələlərdən biri budur ki, Rusiyanın Ukraynaya hərbi müdaxilə etdiyi bir vaxtda Azərbaycan yaranmış vəziyyətdən istifadə edib Dağlıq Qarabağda torpaqlara hücum edə və yerli erməni əhalini deportasiya edə bilər.


Rəsmi Yerevan nə deyir:
Gərginliyin artması ilə bağlı rəsmi Yerevan reaksiya verməyib. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, “problemlər mövcuddur” və onların həlli üçün “addımlar” atılmalıdır. Ermənistanın yeni prezidenti Vaaqn Xaçaturyan isə vurğulayıb ki, Azərbaycanın “addımları” Ermənistanın regionda “sülhün bərqərar olması” üçün çalışmasına maneə törətməməlidir.

Yerevan, Bakı və sülh planı

Martın 12-də Azərbaycan Xarici İşlər Nazirliyi iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistana beş maddədən ibarət təklif verib. Azərbaycanın təklifləri bunlardır:

  • suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin qarşılıqlı tanınması;
  • qarşılıqlı ərazi iddialarından əl çəkilməsi;
  • beynəlxalq münasibətlərdə bir-birinin təhlükəsizliyinə zərər verəcək təhdidlərə son qoyulması;
  • sərhədlərin yenidən müəyyənləşdirilməsi və diplomatik münasibətlərin qurulması,
  • nəqliyyat və kommunikasiya xətlərinin açılması.

Sənəddə Dağlıq Qarabağın statusu ilə bağlı konkret məsələ isə qeyd olunmayıb.

Azərbaycanın təklifinə Ermənistanın cavabı: Ermənistan Xarici İşlər Nazirliyinın martın 14-də yaydığı bəyanatda deyilir ki, Azərbaycana cavab göndərilib və ATƏT-in Minsk qrupuna “BMT Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta və Helsinki Yekun Aktına” uyğun olaraq vasitəçilik etməsi və sülh müqaviləsinin razılaşdırılması üçün müraciət edilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia