Cümə, 14 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İşsiz müəllim ordusu – 45 550 nəfər vakant yer axtarır

28 Mart 2022
A A
İşsiz müəllim ordusu –  45 550 nəfər vakant yer axtarır

Orta məktəbdə dərs prosesi. Foto: Murad Orucov/Sputnik

Azərbaycanda işsizlikdən əziyyət çəkənlərin bir çoxu demək olar ki, müəllimlərdir. Bunun başlıca səbəb işə qəbul üçün müraciət edən müəllim sayının çox, vakant yerlərin isə az olmasıdır. 4 ildir universiteti bitirən, ixtisasca tarix müəllimi olan Sitarə Müzəffər də dövlət məktəbində işləyə bilmələnlərdən biridir. O, özəl kurslarda çalışaraq müəllim,  tələbələr hazırlayır. Sitarə dövlət məktəbində işləyə bilməməsinin  səbəbini işə qəbul müsaqibəsində müəllimlərin sayının çox, vakant yerlərin isə az olması ilə izah edir:

İlk turda 58-60  bal yığanlar yerləri tutur. Hətta ikinci mərhələdə 59 bal yığan müəllim də görmək olur. Sıralama beləcə davam edir, vakant yerlər az olduğundan 50+ yığan müəllimlərin əksəriyyəti işsiz qalır. Sonrakı mərhələdə ən yaxşı halda kiminsə bəxti gətirsə, bir neçə aylıq müəllim işləyə bilir. Məsələn, hansısa məktəbdə ixtisas müəllimi çatmırsa, 2 -3 aylıq əvəz etmək üçün müvəqqəti çağırırlar.

Sitarə deyir

Onun sözlərinə görə, digər bir problem isə işləyən müəllimlərin ikinci iş yeri seçməsi üçün vakansiyaya buraxılmasıdır:

Mən universiteti bitirdiyim halda iş yeri seçə bilmirəm. Niyə? Çünki işləyən müəllim iki yer tutub. Müəllim iki yerdə işləmək istəyirsə, onu niyə qınamalıyıq? Əslində problem bu sistemi yaradan Təhsil nazirliyindədir.

deyə əlavə edir

Sitarənin fikrincə, direktorlar vakant yerlərin sayını qəsdən az çıxarır:

Ola bilməz ki, Bakı və Sumqayıtın bu qədər rayonları var, amma cəmi 30 vakant yer olsun. Bu il Sumqayıt məktəbində 6 saat dərs vardı. Bu 150 manat pul deməkdir, onun da vergisi çıxılanda qalır 130 manat. Bu məbləğ Azərbaycanda minimum əmək haqqından da aşağıdır, heç yol pulu deyil. Hazırlaşdırdığım müəllimlərdən biri deyir ki, məktəbə gedib öyrənib, məktəb müəlliminin yaşı tamamdırsa, çıxmalıdır. Amma direktor vakant yeri çıxarmır. Başqa birindən pul alıb ona verir yeri. Hətta qiyməti də var – 15 min manat. Yəqin ki, mərkəz məktəblərdə bu rəqəm daha yüksəkdir.

Sitarə Müzəffər

Tez-tez dəyişən qaydalar

Müəllimlərin işə qəbulu müsaqibəsi 4 mərhələdən ibarətdir:

  • elektron ərizədəki göstəricilərin yoxlanılması;
  • test imtahanı;
  • vakant yerlərin seçilməsi;
  • müsahibə mərhələsi.

Test imtahanında hər bir namizədə ixtisasdan 40 sual, tədris metodikası və təlim strategiyasından isə 20 sual təqdim edilir. Test imtahanında keçid balı toplayanlar 8 vakant yer seçə bilərlər. Sonuncu mərhələdən keçməyi bacaran namizəd 3 nəfərlik komissiya tərəfindən qiymətləndirilir və bundan sonra müəllim adını qazana bilir.

Müəllimlərin işə qəbul prosesi demək olar ki, hər il dəyişir. Ötən il edilən dəyişikliyə görə, test imtahanında bal toplayan namizədlərin göstəricisi yalnız həmin il üçün qüvvədədir. Məsələn, bu il tarix imtahanında 55 bal toplayan müəllim işə götürülməsə, növbəti ildə yenidən imtahan verməli olacaq.

İşsiz müəllimlər ordusu

Hazırda ölkə ərazisində 140 000 nəfərə yaxın müəllim fəaliyyət göstərir. Bundan başqa hər il ortalama 50 000 namizəd müəllim olmaq üçün elektron ərizə verir. 2016-cı ildən müəllimlik üçün imtahan verənlərin sayı artmağa başlayıb.

  • 2016-cı il – 38804 nəfər;
  • 2017-ci il – 49335 nəfər;
  • 2018-ci il – 50705 nəfər;
  • 2019-cu il – 5687 nəfər.

2020-2021-ci işə qəbul üzrə müraciət edən  53 880 nəfərdən yalnız 7 147-si  ilkin etapda vakant yer qazanıb.

Müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlərdə 1183 nəfər müddətli müqavilə əsasında işlə təmin olunub. Burdan belə nəticəyə gəlinir ki, ötən il işsiz olan 53 880 müəllimin (7147+1183=8330) 45 550 nəfəri yenə də işsizdir.

Müəllimliyə maraq artıb?

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov hesab edir ki, müəllimlik imtahanında qaydaların təkminləşdirilməsi zəruridir və tətbiq edilən yeniliklər perspektiv vəd edir:

Vakansiya yerlərinin az olması bizim istəyimizdən asılı deyil. 50 min müəllimin sənəd verməsi həm də onu göstərir ki, son illərdə bu peşəyə maraq artıb. Bu, savadlı müəllimlərin məktəbə cəlb olunması deməkdir və rəqabət mühiti formalaşdırır. Sayda ciddi artımın olması müəllim nüfuzunun artmasının göstəricisidir. Müəllimlərin son illərdə maaşlarının artması, onlara sosial dəstək verilməsi bu prosesi daha da sürətləndirir.

İlqar Orucov

Təhsil eksperti Elçin Əfəndi müəllimlərin işsizlik problemini həll etmək üçün gizlədilmiş vakansiyaları üzə çıxartmaq, ali və orta ixtisas təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul üzrə plan yerlərini azaltmaq lazım olduğunu bildirir. Onun sözlərinə görə, məktəbdə siniflərin komplektləşdirilməsi aparılmalı, hər sinif üzrə minimal 18, maksimal 25 nəfər şagird müəyyənləşdirilməlidir:

Universitetin verdiyi təhsil bərbad vəziyyətdədir ki, pedaqoji ixtisas üzrə təhsil alan tələbə imtahana girib daha çox 0-15 bal, yaxud 15-30 bal aralığında nəticə göstərir. Bu isə birmənalı olaraq onu deməyə əsas verir ki, keyfiyyətli müəllim yetişdirməkdə maraqlı deyillər. Verdiyi təhsilə şübhə ilə yanaşıb bir də imtahan edərək işə götürürlər. Halbuki, bunun üçün başqa şəffaf mexanizmləri tətbiq etmək olar. Amma sərf etmir, pul yemək üçün belə yaxşıdır.

deyə ekspert bildirir

Elçin Əfəndi onu da vurğulayıb ki, ali təhsil müəssisələri tələbəni keyfiyyətli təhsillə təmin etmirlər. Tələbələr nə edirsə, öz gücünə edir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

13 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia