Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Kür quruyur – 250 min insanın aqibəti necə olacaq?

13 Aprel 2022
A A
Kür quruyur – 250 min insanın aqibəti necə olacaq?

Kür çayı. Foto: Mikroskop Media

Kür hövzəsində yerləşən Salyan, Neftçalada bir neçə ildir davam edən su problemi, havaların istiləşməsi ilə yenidən gündəmə gəlib. Bəzi ekspertlər Kürün quruması səbəbindən əhalinin bu ərazilərdən kütləvi miqrasiya edəcəyini güman edir. Salyanın Külqaraqaşlı kənd sakini Elçin Əzizov illərdir fermer kimi fəaliyyət göstərir. Mal-qara saxlayıb əkinlə məşğul olan Əzizov dövlət qurumlarından heç bir kömək görmədiklərini deyir:  

Dövləq qurumları bizə dəstək vermir. Qoyun, quzu ilə şəkil çəkdirib gedirlər.

deyir kənd sakini

Onun sözlərinə görə, 3 ildir Kürün suyu nəinki təsərrüfat saxlamağa, adi ehtiyaclara da yaramır. O, məhz bu səbəbdən başqa rayonlara köçməyi düşünür:

Torpağımı, mal-mülkümü satıb buradan çıxmaq istəyirəm. Hərkəs aldığı yerdən sərmaya götürmək istəyər. Amma kim, niyə Salyana gəlsin ki? Özümüz içməyə su tapa bilmirik, qaldı ki, burada təsərrüfat saxlayaq.

Elçin Əzizov

Fermer söyləyir ki, Kürün ən bol sulu vaxtı 2010-cu ilin mayında olub. Həmin vaxt çay daşdığına görə, Aran zonası- Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, İmişli, Kürdəmir rayonlarının bir hissəsi suyun altında qalaraq evlərə və təsərrüfatlara ziyan dəymişdi. İndisə hər şey əksinə dəyişib: əvvəl bol sudan əziyyət çəkənlər artıq içməli su tapa bilmirlər.

Kürün sahili. Foto: Mikroskop Media

Neftaçaladan olan Xol Qarabucaq  kənd sakini Çingiz Səmədov da eyni problemdən şikayətlənir:

Camaat danışır ki, bizi buradan didərgin salmaq üçün bu cür əngəl yaradırlar. Belə bir söhbət gedir. Amma nə dərəcədə realdır, onu deyə bilmərəm. Şor su ilə insan, heyvan yaşayar?

deyir Çingiz Səfərov

O da vəziyyət belə davam edərsə, köçəcəyini söyləyir. Çingiz deyir, şəhərdən gələn qonaqlar həmişə soruşurlar ki, bu suyu necə içirik:

Amma nə edək? Lilli, şor suyu əvvəlcə süzürük, durulduruq, bir az suya oxşayanda içirik. Bilmirik, problem həll olacaq, ya yox. Buna görə də hələki gözləyirik. Vəziyyət belə davam etsə, öləsi deyilik ki?!

Çingiz vurğulayır

Ötən ay Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov demişdi ki, belə davam etsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq. Akademikin iddiasına görə, ölkədə su ehtiyyatlarının qiymətləndirilməsi sonuncu dəfə 50 il qabaq aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi  nə deyir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin rəis müavini Rafiq Verdiyev 90- cı illərlə müqayisədə Kür və digər çay hövzələrində suyun 30 faizədək azaldığını təsdiqləsə də, bununla belə çayın gələcəkdə qurumayacağı qənaətindədir. Onun fikrincə, hazırki vəziyyətin başlıca səbəbi qlobal iqlim dəyişikliyidir. Bundan başqa sudan səmərəsiz istafadə də prosesə mənfi təsir edir:

Kür çayının aşağı hissəsindən əhalinin su təhcizatı, suvarma və istilik su elektrik stansiyalarının soyudulması məqsədi su götürülməsi vəziyyətin kəskinləşməsinə səbəb olub. Kürün quruması çayın Xəzərə töküldüyü yerdə (Neftçala red.) müəyyən ekoloji problemə, duzluluğun artmasına gətirib çıxarıb. Cənub küləkləri duzlu suyu Salyana qədər çatmasına səbəb olub.

Verdiyev söyləyir

ETSN rəsmisi deyir, prezidentin sərəncamı ilə yaradılan su komissiyası 2020-2022- ci illər üçün tədbirlər planı işləyib. Bundan başqa nazirlik də hər gün çayın hiderloji monitorinqini, eyni zamanda duz rezervini və s. təhlil edir.

Kür. Foto: Mikroskop Media

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin hesabatına qeyd olunur ki, Kür çayında suyun azalmasının digər səbəbləri isə Türkiyədə və Gürcüstanda sudan istifadənin artmasıdır. Belə ki, 2016-cı ildə Türkiyənin Ardahan vilayətindəki Kür üzərində iki anbar (Koroğlu, Kayabəyi) və  su elektrik stansiyaları (Kotanlı, Axinci) tikilib. Hesabatda o da bildirilir ki, kənd təsərrüfatı torpaqlarının suvarılması, bölgədə heyvandarlıq üçün təmiz suya tələbatın azaldılması bu sektorun inkişafını tamamilə dayandıra bilər:

Dağətəyi zonada kənd təsərrüfatında suya olan tələbat əsasən Kür və Araz çaylarının hövzəsi hesabına formalaşır. Bu ərazilərdə əkin sahələri var və əhali əsasən maldarlıqla və əkinçiliklə məşğuldur. Suyun azalması nəticəsində bu sektorların inkişafı təmamilə dayanacaq və nəticədə əhalinin şəhərlərə miqrasiyasına səbəb olacaq.

deyə qeyd olunub

Ekoaktivist Cavid Qara isə  Azərbaycandan fərqli olaraq,  digər qonşu ölkələrin “Transsərhəd su hövzələrinin və beynəlxalq göllərin mühafizəsi və istifadəsi” haqqında Konvensiyaya qoşulmadığını, gələcək üçün də bunun nəzərdə tutulmadığını bildirir. Onun fikrincə, quraqlığın səbəbi heç də yuxarı axarda artan su sərfiyyatı deyil.

Əsas problem sudan kortəbii istifadə, itkilərin qarşısını almaq üçün fəaliyyət yetərsizliyi və düzgün planlaşdırılmayan kənd təsərrüfatı siyasətidir. Ən böyük problem isə 100 min hektarlarla qış otlağının suvarma əkinə cəlb edilməsidir.

bildirir Cavid Qara

Ətraf mühit və su məsələləri üzrə ekspert Rövşən Abbasov isə deyir ki, Kür ətrafında yaşayan əhalinin həyat tərzinin çayla bağlı olduğunu deyən ekspert problemlə bağlı əsaslı tədbirlər görülmədiyindən əhalinin miqrasiya ehtimalının olduğunu söyləyir. Ekspert hesab edir ki, ilkin olaraq, kənd təsərrüfatında su itkiləri azaldılmalıdır:

Müasir suvarma üsullarından yararlanmaq lazımdır: damcı, yeraltı suvarma və s. Əkin sahələri azaldılmalı, intensiv kənd təsərrüfatına keçilməlidir. Suyun istifadəsinə limit qoyulmalıdır.

deyir Abbasov

Ümumiyyətlə, son 3 ildə Kürlə bağlı həyəcan təbili çalınsa da, rəsmi açıqlamalarda çayın quruması ilə bağlı hələki araşdırılma aparıldığı qeyd olunur. O vaxta qədər sakinlərin gözləməkdən başqa çarələri qalmır.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia