Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu 22 gəminin Qara dənizin Ukrayna sahillərində qaldığını açıqlayıb. “Anadolu Agentliyi” yazır ki, nazir gəmilərin 50 günə yaxındır gözlədiyini bildirib:
Əvvəlcə 200-dən çox ekipaj üzvü var idi, bəzilərini təxliyə etdik. İndi 90 ekipaj var, lakin onlar gəmini tərk etmək istəmirlər. Gəmilərdə taxıl, günəbaxan yağı, dəmir yükləri var.
deyə qeyd edib
Karaismailoğlu onu da əlavə edib ki, gəmilərlə bağlı həm Rusiya, həm də Ukrayna ilə danışıqlar davam etdirilir.