Bazar, 16 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Müharibə bitəndən bəri qazilər nəyə etiraz edir? İzah edirik!

16 May 2022
A A
Müharibə bitəndən bəri qazilər nəyə etiraz edir? İzah edirik!

İkinci Qarabağ müharibəsinin iştirakçılarının YAŞAT Fondunun qarşısındakı aksiyası. Foto: Mikroskop Media

2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən II Qarabağ müharibəsindən 2 il ötsə də, bir çox qazinin problemləri həllini tapmayıb. Müharibədən qayıtdıqdan sonra sağlamlıq vəziyyətinə görə işsiz qalan, əlillik dərəcəsi ala bilməyən, psixoloji dəstək görməyən qazilər arasında intihar edənlərin sayı isə kifayət qədər olub.

1

Qazilər niyə etiraz edirlər?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən illər ərzində aparılan araşdırmalar nəticəsində 17 mindən çox saxta əlilliyin ləğv edildiyini açıqlamışdı. Bununla da, dövlət büdcəsi 500 milyon manat qənaət etmiş olub. Əllik statusu ilə bağlı yaranan problemlər 44 günlük müharibədən qayıdan qazilərdən də yan ötməyib. Bir qrup qazi dəfələrlə etiraz aksiyası keçirərək əlillik təyinatının olmaması, imtina almaları, əyani müayinə aparılmaması və ya, komissiyaya gec çağırılmalarından şikayət ediblər. Hətta bəziləri iddia ediblər ki, əlillik dərəcəsini 4000 manata satırlar.

Hələ də sığorta ödənişlərini tam ala bilməyən qazilər dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki DOST mərkəzinin qarşısında aksiyalar ediblər.  Onların şikayətinə “AzərSığorta” cavab olaraq bildirib ki, dekabrın 28-dən hərbi ilə bağlı sığortaların ödənişi dayandırılıb və ödənişlərin yenidən bərpa edilməsi üçün isə yeni qurum təyin edilməlidir.

Hətta qazilərdən biri, dəfələrlə etiraz aksiylarına qatılan  25 yaşlı Qadir Cəfərov əlillik təyinatının verilmədiyi üçün mayın 12-sində Əlillərin Bərpası Mərkəzində intihara cəhd edib və qollarını kəsib. O, dəfələrlə müraciət etsə də, adının sistemdə olmadığını deyərək əlillik təyinatı verməyiblər. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat  katibi Tural Qurbanov bildirib ki, Q.Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas vermir.

2

Şikayətlərlə bağlı rəsmilər nə deyir?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2021-ci il noyabrında mediaya bildirib ki, 3 min 300-dən çox qazi və yaxını məşğulluq tədbirlərinə cəlb edilib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmiləri deyir ki, aidiyyati qurumların təmsil olunduğu komissiya hərbi qulluqçuların əyani müayinə əsasında əlilliyini qiymətləndirir:

Ötən dövrdə 2763 qaziyə əlillik və proaktiv qaydada sosial ödənişlər təyin edilib.  

deyə bildirilir
3

Əlillik dərəcəsi hansı meyarla verilir?

Əlillik təyinatının müəyyən edilməsi ilə bağlı qaydalar dəyişib və 2022-ci il 1 iyulundan  etibarən tətbiq olunacaq. Beləliklə, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq:

  • I dərəcə – orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi;
  • II dərəcə – orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi;
  • III dərəcə – orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi.

Bundan başqa, əlilliyin qiymətləndirilməsində şəxsin həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək:

  • özünəqulluq,
  • sərbəst hərəkətetmə,
  • istiqamət seçmə,
  • ünsiyyət,
  • davranışına nəzarət etmə,
  • öyrənmə
  • əmək fəaliyyəti
4

Hökumətin əlillərlə bağlı öhdəlikləri nələrdir?

Müharibə əlilləri qanunvericiliklə bir sıra sosial təminatlara malikdirlər. Onlara əlillik dərəcəsi nə görə birdəfəlik sığorta ödənişi edilməlidir. Bundan başqa, həmin şəxslərə prezident təqaüdü ayılır, həmçinin əmək stajından asılı olaraq pensiya (əmək pensiyasının sığorta hissəsinə əlavə) və ya müavinət ödənişi edilməlidir.

Müavinətlər nə qədərdir:

  • I dərəcə üzrə – (150 AZN-dən 220 AZN-ə);
  • II dərəcə üzrə – (130 AZN-dən 180 AZN-ə);
  • III dərəcə üzrə – (110 AZN-dən 120 AZN-ə).

Birdəfəlik sığorta nə qədərdir:

  • I dərəcə əlilliyi olan – 8800 manat;
  • II dərəcə əlilliyi olan – 6600 manat;
  • III dərəcə əlilliyi olan – 4400 manat.

 Prezidentin aylıq təqaüdü nə qədərdir:

  • I qrup əlillərə – 400 manat;
  • II qrup əlillərə – 350 manat;
  • III qrup əlillərə – 300 manat.

Müharibə əlillərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq 80 manat məbləğində sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində təqaüd ödənilir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia