Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Saakaşvilinin vəkillərindən olan müxalif kanal rəhbəri həbs edilib

17 May 2022
A A
Saakaşvilinin vəkillərindən olan müxalif kanal rəhbəri həbs edilib

Nika Qvaramiya məhkəmədə. Foto: Keta Tsitskişvili

Gürcüstanın müxalif “Mtavari” telekanalının təsisçisi və direktoru, həmçinin hazırda həbsdə olan Mixail Saakaşvilinin vəkillərindən biri olan Nika Qvaramiya həbs edilib. OC Medianın məlumatına görə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ittiham olunan Qvaramiya Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hansı ittihamlar irəli sürülüb: N. Qvaramiya 2020-ci ildə Gürcüstanın “Rustavi 2” kanalının meneceri olarkən törətdiyi iddia edilən cinayətə görə mühakimə olunub. Belə ki, ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, əmlakı mənimsəmə, kommersiya rüşvətxorluğu və sənəd işində saxtakarlığa yol vermə ittihamları irəli sürülüb. Adıçəkilən son 3 ittiham üzrə aparılan məhkəmə işinin nəticəsində Qvaramiya təqsirsiz hesab edilib.

Qvaramiyanın həbsinə reaksiyalar                               

  • Gürcüstanın Ombudsmanı məhkəməyə Qvaramiyanı cinayət və ya ictimai məsuliyyətə cəlb etmək üçün heç bir əsas olmadığını deyib.
  • “Transparency İnternational” təşkilatının Gürcüstan bürosu məlumat yayaraq həbs qərarını siyasi motiv hesab edib. Məhkəmə işinin hökuməti tənqid edənlərə qarşı “siyasi təqib” kampaniyasının davamı və “digər azad media orqanlarına açıq mesaj göndərmək” olduğunu vurğulayıb.

Nika Qvaramiya kimdir: Gürcüstanda Vahid Milli Hərəkat partiyasının üzvü olmasa da, onların hakimiyyəti dövrdə bir sıra yüksək vəzifələrdə çalışıb, partiyanın əsas tərəfdarlarından biri olub. O, həmçinin məhkəmədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini qanuni şəkildə təmsil edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia