Bazar, 10 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanlı və erməni gənclər Strasburqda görüşüblər

13 İyun 2022
A A
Azərbaycanlı və erməni gənclər Strasburqda görüşüblər

Bakıda Fransa səfirliyində gənclərlə görüş. Foto: Fransa səfirliyi FB

Fransanın Strasburq şəhərində 6-10 iyunda azərbaycanlı və erməni gənc fəallar sülh mühitinin yaradılması, sülhə hazırlıq prosesi çərçivəsində müzakirələr aparmaq üçün görüşüblər. Tədbirdə Azərbaycan və Ermənistandan 10 gənc iştirak edib.

Görüş haqda nə məlumdur: Toplantı barədə razılıq ötən ilin dekabrında Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin üçtərəfli görüşündə əldə edilib. Gənclərin görüşünü OFAJ (Fransa-Almaniya Gənclər Ofisi) təşkilatı “Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində yeni əməkdaşlıq istiqamətləri” adlı proqramı çərçivəsində təşkil edib. Görüşdə Fransa və Almaniyadan olan gənc fəallar da iştirak ediblər.

Hansı detallar açıqlanmayıb: Medianın və Fransa səfirliyinin yaydığı məlumatlarda Azərbaycanı 10 nəfər gənc fəalın təmsil edəcəyi bildirilsə də, onların siyahısı, hansı meyarlar əsasında seçildiyi açıqlanmayıb. Bu, sosial mediada müəyyən kəsim arasında müzakirələrə və tənqidlərə səbəb olub. Seçilmiş gənclərdən 26 yaşlı Asiman Qocayev görüşə hazırlaşdıqları barədə məlumat yaymışdı və onunla aparılan müzakirələrdə, digər iştirakçılardan Şücaət Əhmədzadə, Əli Güləliyev və Ayşən Muradovanın adı məlum olmuşdu.

Görüşdən sonra nələr deyilib: Toplantının sonunda Fransa səfirliyi hələki hər hansı məlumat yaymayıb. Lakin gənclərdən Asiman Qocayev və Əli Güləliyev təəssüratlarını feysbukda yazaraq bölüşüblər. A.Qocayev tədbirin hər 2 ölkənin hökumətilə razılaşdırılmış qaydada baş tutduğunu, lakin iştirakçıların seçiminin açıq çağırış vasitəsilə təşkilatçılar tərəfindən həyata keçirildiyini qeyd edib:

Tədbir qeyri-formal xarakter daşıyırdı. Təşkilatçılar əsasən ümumi məsələrə toxunmağa çalışdığından heç bir halda Azərbaycan və Ermənistan arasındakı siyasi münasibətlərlə bağlı birbaşa müzakirələr aparılmadı. Böyük ehtimalla bu cür spesifik məsələlər növbəti görüşlərdə siyahıya daxil ediləcək.

deyə bildirib

Fəal toplantıda Qarabağdan olan erməni gənclə mübahisə yarandığını da qeyd edib:

Xocavənddən olan erməni iştirakçının bu görüşlərdə üçüncü tərəf kimi Qarabağda yaşayan gənclərin də iştirak etməsinin mümkünlüyü ilə bağlı təklifi ətrafında kiçik mübahisə yaransa da, görüş ümumilikdə müsbət axarda keçdi.

söyləyib

Gənc fəal vurğulayıb ki, məzmun və logistik məsələrdəki çatışmazlıqlar təşkilatçıların diqqətinə çatdırılıb.

Digər iştirakçı Əli Güləliyev Azərbaycan tərəfini kifayət qədər müstəqil gənclərin təmsil etdiyini bildirib.

Hesab edirəm ki, iki ölkədən olan müstəqil gənc fəalların bir araya gətirilməsi davam etdiriləcək və müxtəlif media və vətəndaş cəmiyyəti nümayəndələri bu cür müzakirələrdə iştirak edəcəklər.

deyə yazıb

O, iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair aparılan müzakirələr səmərəli keçdiyini vurğulayıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia