Bazar, 21 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Kəlbəcər şəhərinin əhalisi 20 ildə 17 minə çatacaq”

30 İyun 2022
A A
“Kəlbəcər şəhərinin əhalisi 20 ildə 17 minə çatacaq”

Prezident Kəlbəcərdə. Foto: president.az

İyunun 26-da Kəlbəcərə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev şəhərin baş planı ilə tanış olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun baş plan haqda məlumat verərkən əhali sayı ilə bağlı səsləndirdiyi rəqəm diqqət çəkib. O, növbəti 20 il ərzində sayın təxmini proqnozunu açıqlayıb:

Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.

deyib

Kəlbəcər rayon İcra Hakimiyyətinin 2020-ci ilin yanvarına olan statistikasına görə, Kəlbəcər rayonunun əhalisi 77003 nəfər, şəhər əhalisinin sayı isə 11 min 766 nəfərdir. Maraqlıdır ki, şəhər əhalisinin 20 il ərzində cəmi 6 min artacağı ehtimalı, baş plandakı digər təfərrüatlar, layihəyə ayrılan vəsait açıqlanmayıb. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdən hələ ki, Kəlbəcər, Ağdam və Şuşanın baş planı təsdiqlənib. Yalnız son 2 bölgə haqda daha detallı izah verilib.

Şuşa haqda açıqlananlar:

  • Ümumi sahəsi 46.765 kvadratmetr olacaq məhəllələrdə 25 binanın olacağı planlaşdırılır.
  • Yeni yaşayış massivində 6 məhəllənin olacağı, 2 mindən çox şəxsin məskunlaşması nəzərdə tutulub.
  • Şəhərdə 17,6 kilometr yeni yolun inşası nəzərdə tutulur.

Şuşa şəhərinin baş planını Böyük Britaniyanın Chapman Taylor şirkəti hazırlayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin elan etdiyi açıq tenderi qazanan şirkətə 4 milyon manata yaxın vəsait ödəniləcək.

Ağdam haqda açıqlananlar:

  • Müasir Ağdam köhnə Ağdam şəhərinin özü və Ağdam rayonunun yaxınlığındakı 8 kəndi əhatə edəcək.
  • Ağdamın ərazisi şəhərətrafı yaşıl zona (bağlar) ilə birlikdə 2450 hektar olacaq.
  • Şəhər və kəndlərlər birgə 50 mindən yuxarı sakinin olduğu Ağdam yeni baş plana görə 100 min nəfər sakin üçün planlaşdırılır.
  • 1750 fərdi ev və 23 min mənzilin inşa olunacağı nəzərdə tutulur. Şəhər sakinlərinin üçdə birinin fərdi evlərdə yaşaması, Ağdam rayonundakı evlərin daha böyük həyətyanı sahələrlə təmin olunacağı nəzərdə tutulur.

“Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov Ağdamın baş planına dair detalları açıqlasa da, layihəyə sərf ediləcək büdcə göstərilməyib.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia