Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Yaponiyanın keçmiş baş naziri sui-qəsddən sonra vəfat edib

08 İyul 2022
A A
Yaponiyanın keçmiş baş naziri sui-qəsddən sonra vəfat edib

Şinzo Abe. Foto: Yoşikazu Tsuno

Yaponiyanın keçmiş baş naziri Şinzo Abe iyulun 8-də Nara şəhərində seçki təbliğatı üçün çıxış edərkən sui-qəsdə məruz qalıb. Helikopterlə xəstəxanaya çatdırılan Abenin həyatını xilas etmək mümkün olmayıb.

Sui-qəsd haqda nələri bilirik: Nara şəhərində izdiham önündə qarşıdan gələn parlament seçkisi üçün təbliğat çıxışı edən Abe iki dəfə güllə atəşinə məruz qalıb. Yaponiya mediasının kadrlarına əks olunan görüntülərdə Abenin ikinci atəşdən sonra yerə yıxıldığı görünür. Xəstəxana həkiminin yerli mediaya dediyinə görə, keçmiş baş nazir sui-qəsddən 5 saat yarım sonra, ağır qanaxmadan vəfat edib.

Atəş səslərindən sonra Abenin mühafizəçilərinin orta yaşlı, tibbi maska taxmış kişini yerə yıxıb saxladığı görünüb. Polis saxlanılan şəxsin 41 yaşlı Nara sakini Tetsuya Yamagami olduğunu, silahın isə ev şəraitində hazırlandığını müəyyən edib. Hələlik hadisənin motivləri barədə açıqlama yoxdur.

Şinzo Abe kimdir: 67 yaşlı Abe 2020-ci ildə baş nazir postundan istefa verib. O, Yaponiyanın ən uzun müddət hakimiyyətdə olmuş baş naziri hesab olunur. Abe iqtisadi cəhətdən mühafizəkar və ölkəni hərbiləşdirməyə meyilli siyasəti ilə tanınıb. Son həftələrdəki çıxışlarında o, Rusiyanın Ukraynanı işğalını əsas gətirərək, Yaponiyanın müdafiə büdcəsini artırmağı təklif edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia