Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Paşinyanın çağırışından sonra Ermənistanda nələr baş verib?

15 Sentyabr 2022
A A
Paşinyanın çağırışından sonra Ermənistanda nələr baş verib?

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkmənistanda görüşü. 10-11 oktyabr, 2019. Mənbə: kremlin.ru

Sentyabrın 12-dən etibarən Azərbaycanla Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib və hər iki tərəf itkilər barədə rəsmi məlumat açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyinin 15 sentyabrda yaydığı siyahıya görə, 71 hərbçi döyüşlər zamanı həlak olub. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, 105 erməni hərbçi döyüşlərdə həyatını itirib. 

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün yaydığı bəyanatda sülhə hazır olduğunu açıqlayıb. OC Media yazır ki, Paşinyan “əgər Azərbaycan Ermənistanın SSRİ dövründə təsdiqlənmiş ərazi bütövlüyünü tanımağa hazırdırsa, o da eynisini etməyə hazırdır”, deyib. 

Baş nazirin dediyinə görə, 2021-ci ildə Azərbaycan Ermənistanın 40 kvadrat kilometr ərazisini ələ keçirib və hazırda davam edən döyüşlərdə daha 10 kvadrat kilometr ərazi nəzarətə götürülüb. 

“Hətta bizi tənqid etsələr də, söysə də və vətən xaini adlandırsa da biz sənəd imzalamaq istəyirik. Bəlkə də insanlar bizi hakimiyyətdən devirmək istəyəcəklər… Nəticədə Ermənistan Respublikası öz sərhədləri daxilində dayanıqlı sülh və təhlüksəziliyə nail olacaq”. 

Sülh əvəzinə, istefa tələbi ilə aksiyalar 

Paşinyanın bu bəyanatı Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanımağa hazır olduğu deməkdir. Buna etiraz edən və razılaşmayan Ermənistan vətəndaşları ötən gecədən etibarən paytaxt Yerevanda aksiyalar keçirib. 

Min nəfərə yaxın narazı vətəndaş ötən gecə hökumət və parlament binaları qarşısında toplaşıb və hökuməti istefaya çağırıb. Aksiyalar başlayandan qısa müddət sonra Ermənistan parlamentinin sözçüsü Alen Simonyan Facebook sosial şəbəkəsində canlı yayım vasitəsilə çıxış edib. O, Paşinyanın bəyanatını aydınlaşdırıb və bildirib ki, Dağlıq Qarabağ Ermənistan üçün ərazi məsələsi yox, hüquq məsələsidir. O, xalqların öz müqəddəratını təyin etmək hüququnun da buna daxil olduğunu əlavə edib. 

İmzalamaq üçün hazır sənəd yoxdur

Sentyabrın 14-ü gecə saatlarında Nikol Paşinyan Facebook vasitəsilə canlı yayımda yenidən bəyanatının detallarına aydınlıq gətirib. O deyib ki, hazırda müqavilə imzalanmağa hazırlıq barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. 

Yaydığı bəyanatın detallarını izah edən və aydınlaşdıran Baş nazir vurğulayıb ki, hazırda imzalanmaq üçün hər hansı hazır sənəd yoxdur. Onun bəyanatında demək istədiyi bu olub ki, Ermənistanın hərtərəfli həllə hazırdır. 

A large rally in front of Armenia’s parliament — triggered by Pashinyan’s controversial comments on Karabakh today. This is not organized opposition or any political force, but a spontaneous gathering of mostly young urbanites, whose support the government has lost in 2019-2020 pic.twitter.com/xk6XBM4ddu

— Grigor Atanesian (@atanessi) September 14, 2022

Paşinyan həm də Dağlıq Qarabağ və oradakı erməni əsilli əhalinin taleyi barədə də danışıb və deyib ki, bu, Ermənistanın sülh danışıqlarında qaldırdığı məsələlərdən olub. 

İstəmirəm ki, bir dəqiqəlik belə olsa düşünəsiz ki, biz dövlət əleyhinə nəsə edəcəyik. 

Paşinyan deyib.

Hökumət əleyhinə aksiyalar Yerevanla yanaşı Gümrü və Xankəndidə də davam edib. Aksiya iştirakçıları hakim partiyanı təhdid edib və onlara parlamentə gəlmək üçün vaxt verib. Bildirilib ki, əks təqdirdə onların hamısının arxasına düşəcəklər. 

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia