Ermənistan hökuməti kürd əsilli Türkiyə vətəndaşları, Atilla Çiçək və Hüseyn Yıldırımın bu ölkəyə ekstradisiya olunduqları barədə iddiaları təkzib edib. OC Media yazır ki, Kürdüstan Fəhlə Partiyasına (PKK) üzvü olan döyüşçülərin Türkiyəyə təhvil verilməsi iddiasına görə Ermənistan tənqid olunub və xəyanətdə ittiham edilib.
Ermənistan rəsmiləri nə deyir: İddiaya Ermənistan Ermənistan Milli Təhlükəsizlik Xidməti Cavab verib və bildirib ki, sözügedən ekstradisiya prosesində iştirak etməyiblər və bu, onların səlahiyyətində deyil. Ədliyyə Nazirliyi də belə bir prosesdə nazirliyin iştirakının olmadığını açıqlayıb. Bununla yanaşı, nazirlik qeyd edib ki, əcnəbi vətəndaşların ekstradisiyası onların səlahiyyətindədir.
Ədliyyə Nazirliyinin 26 sentyabrda yaydığı növbəti açıqlamada bildirilib ki, hər 2 kürd döyüşçü növbəti məhkəmə prosesində iştirak etməli olsa da onların yeri məlum deyil və buna görə də axtarışa veriliblər.
Atilla Çiçək və Hüseyn Yıldırım kimdir: PKK-nın hərbi qanadı olan Xalq Müdafiə Qüvvələrinin yaydığı məlumata görə, onlar Türkiyənin şərqində partizan əməliyyatları keçirdikdən sonra, 2021-ci ilin avqustunda Ermənistana keçiblər. Bundan sonra sərhədi qanunsuz pozmaqda ittiham olunaraq saxlanılıblar. Məlumatda o da deyilir ki, rəsmi sənədlərə əsasən, məhkəmə 2022-ci ilin fevralında yekunlaşıb və Ermənistan Apelyasiya Məhkəməsi onları azadlığa buraxıb.
“Anadolu” İnformasiya Agentliyinin. Həmin şəxslərlə bağlı yaydığı məlumata görə, onların hər ikisi “Türkiyə hökumətinin axtarışa verdiyi terrorçu”dur. Agentliyin xəbərinə görə, A.Çiçək 2012-ci ildə Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisinin, 2020-ci ildə isə Doğubəyazıt bölgəsində daha 2 hərbçinin həlak olduğu hücumlarda iştirak edib. H.Yıldırım isə Suriya və İraqda Türkiyə əleyhinə fəaliyyətlərdə iştirak etməkdə ittiham edilib.
Ermənistanı kim niyə tənqid edib: Adıçəkilən döyüşçülərin Türkiyəyə təhvil verilməsi barədə məlumatı ilk dəfə Türkiyə mediası yayıb. Xalq Müdafiə Qüvvələri Ermənistanı həm beynəlxalq , həm də öz qanunlarını pozumaqda ittiham edib:
Öz xalqının varlığını və azadlığını qorumaq üçün mübarizə aparan, bütün məzlum xalqların ağrısını duyan Kürdüstan inqilabçılarını bu yolla Türkiyə dövlətinə təslim etmək Ermənistan üçün utancvericidir.
Ermənistanın Erməni İnqilabi Federasiyası partiyasının üzvü olan müxalifətçi deputat Geqam Manukyan da ekstradisiya ilə bağlı olaraq ölkə hökumətini tənqid edib. O bildirib ki, hər iki şəxsin azadlığa buraxılması barədə məhkəmə qərarı olduğu halda Ermənistan onları qanunsuz olaraq Türkiyə Milli Kəşfiyyat Təşkilatına təhvil verib.
Türkiyə hökuməti ekstradisiya ilə bağlı hələ ki, rəsmi açıqlama verməyib.
Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.