Şənbə, 15 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Rusiyadan Gürcüstana gələn şimali qafqazlılar ayrı-seçkiliklə üzləşir

11 Oktyabr 2022
A A
Rusiyadan Gürcüstana gələn şimali qafqazlılar ayrı-seçkiliklə üzləşir

Rusiyadan Gürcüstana keçmək istəyənlər. Foto: Anna Belozerova/93.ru

Rusiyada qismən hərbi səfərlik elan ediləndən sonra yüz minlərlə vətəndaş ölkəni tərk edərək qonşu ölkələrə üz tutub. Sıralarında şimali qafqazlıların da olduğu bu şəxslərin üz tutduğu ölkələrdən biri də Gürcüstandır, amma onlar bu ölkənin sərhəd-keçid məntəqəsində ayrıseçkiliyə məruz qaldıqlarını deyirlər. 

Sərhəddə nə baş verir: “1 ADAT” teleqram kanalı yazır ki, Rusiyanın digər regionlarından gələn vətəndaşlar Gürcüstana buraxılsa da, Şimali Qafqaz respublikalarından gələnlərin ölkəyə girişinə icazə verilməyib.  OC Media yazır ki, hərbi xidmət yaşına çatmış kişilər növbə gözləyəndə pilləkənlərdə, karton qutuların üzərində uzanmalı olub. 

Çeçen müxalif bloqer Tumso Abdurahmanov deyib ki, Şimali Qafqazdan olan vətəndaşların Rusiyanı tərk etməsinə icazə verilsə də onlar “222-ci otaq”da Gürcüstanın sərhəd polisi tərəfindən dindirilənə qədər ölkəyə daxil ola bilməyiblər. 

222-ci otaq nədir: Gürcüstana daxil olmağa çalışan, Şimali Qafqazdan olan Rusiya vətəndaşları deyir ki, onlar sərhəd-keçid məntəqəsində 222 nömrəli otaqda dindirilib və qafqazlılar o otaqda toplanıb.

Oğlu və qardaşı uşaqları ilə Gürcüstana gedən çeçen iş adamı İbrahim Umarhacıyev deyir ki, bu otaq həmişə Şimali Qafqazdan gələnlərin dindirilməsi üçün nəzərdə tutulub:

Şimali qafqazlılara qarşı bu cür münasibəti pandemiyadan sonra sərbəst girişə icazə veriləndə Gürcüstana gəldiyim dövrlərdə görmüşəm. O vaxt bu yoxlamalar bir neçə dəqiqə çəkən standart, nisbətən asan proses idi.

deyə qeyd edib.

Sərhədi keçənlər nə danışır: 35 yaşlı çərkəz etnoqrafı və musiqiçi Bulat Xəlilov deyir ki, bu onun həyatındakı ən çətin səfər olub.
B.Xəlilovun sözlərinə görə, adətən Kabardin-Balkardan Gürcüstana getmək 6 saat vaxt alırdı, amma bu dəfə o, 4 gün yol gəlib. Sərhəddən 6 kilometr aralıda yerləşən Aşağı Lars qəsəbəsinə çatan B.Xəlilov və dostu 2 gün tıxacda qaldıqdan sonra piyada getmək qərarına gəliblər. Sərhədboyu izdiham olduğu üçün onların yolu 30 saat çəkib:

Gürcüstan sərhəd polisi pasport və yaşayış icazəmizə baxandan sonra 222 nömrəli otağa getməyimizi tapşırdı. Otağın qarşısındakı gözləmə zalında olan uşaqlar, qadınlar, kişilər və qocalar yerdəki karton qutuların, özləri ilə gətirdikləri əşyaların, gödəkçələrin və ədyalların üzərində uzanmışdılar.

Xəlilov vəziyyəti belə təsvir edib. 

O, otaqda olanların qida almaq üçün çıxa bilmədiyini, yalnız hamamdakı sudan istifadə imkanları olduğunu da vurğulayıb:

Bu, olduqca alçaldıcı bir təcrübə idi. Bu cür münasibət və inamsızlıqla qarşılaşmaq bir az qorxuludur. 

bildirib

Kim necə dəstək olub: Gürcüstanın hüquq müdafiə təşkilatı Sosial Ədalət Mərkəzi də sərhəddə ayrı-seçkilik hallarının yaşandığını təsdiqləyib. Təşkilat şimali Qafqazlıların “fiziki, dini və mədəni xüsusiyyətləri”nə görə sərhəd polisi tərəfindən ayrı-seçkiliklə üzləşməsinin araşdırılması üçün dövlətə və parlamentə müraciət edib.

Çeçenistanın “Vayfond” hüquq müdafiə təşkilatı neytral zonada qalan şimali qafqazlıları qida və su ilə təmin etmək üçün kampaniyaya başlayıb. Təşkilat OC Media-ya bildirib ki, insanların sığınacaq istəmə hüququ var və onları dinləmək lazımdır:

Sivil bir ölkə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə uyğun hərəkət edərsə, sığınacaq verməlidir.

deyib

Bununla yanaşı, təşkilat Gürcüstanı qaçqınlardan imtina etməkdə, Çeçenistandakı hakimiyyətə qarşı olduqları üçün təhlükədə olduğunu iddia edən insanları ölkəyə buraxmamaqda ittiham edib.

28 sentyabr, sərhəddə şimali qafqazlılara olan ayrı-seçkiliyə qarşı etiraz. Foto:Şota Kinça/OC Media

Gürcüstanın Pankisi bölgəsindən olan bir qrup gənc fəalın təşkilatçılığı ilə paytaxt Tbilisidə etiraz aksiyası keçirilib. Əsasən kist (Pankisidə yaşayan çeçen subetnos) və çərkəz fəallardan ibarət olan etirazçı qrupu parlament binasının qarşısına toplaşıb.

Aksiyanın təşkilatçılarından olan Şmaqi Saxaradze bildirib ki, Gürcüstan faktiki olaraq Şimali Qafqaz sakinlərinə ölkənin digər bölgələrindən gələn ruslardan daha çox xoş münasibət göstərməlidir:

Hesab edirəm ki, qafqazlıların Gürcüstana gəlməsinin qarşısı alınmamalıdır. Fikrimcə, qafqazlılar Putinin Ukraynadakı müharibəsinə topa canlı hədəf kimi getməməlidir.

bildirib

Faəl onu da qeyd edib ki, Gürcüstanla sərhədi keçərkən şimalı qafazlılar hər hansı problemlə üzləşməməlidir.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia