Çərşənbə, 15 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Saakaşvili xaricdə müalicə olunmasa, ölə bilər

03 Dekabr 2022
A A
Saakaşvili xaricdə müalicə olunmasa, ölə bilər

Mixail Saakaşvili məhkəmə zalında. Foto: 29 noyabr 2021/Irakli Gedenidze/AFP

İşgəncələrə qarşı mübarizə təşkilatı “Empathy” Gürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvilinin səhhəti ilə bağlı hesabat yayıb. OC Media yazır ki, təşkilat Saakaşvilinin ölkə xaricində tibbi yardım almalı olduğu, əks halda ölə biləcəyi barədə xəbərdarlıq edib. 

Bəyanatda nə deyilir: Təşkilat sabiq prezidentin həbsdən əvvəl sağlam olduğunu, hazırda 20-dən çox simptomdan əziyyət çəkdiyini bildirib:

Onda səbəbi bilinməyən qızdırma, iştahsızlıq, sürətli arıqlama, əzələlərdə, oynaqlarda, sümüklərdə ağrıları, eyni zamanda bədənində qabıqlar və cızıqları, əzələ atrofiyası var.

qeyd olunub

Bəyanatda o da bildirilib ki, Saakaşvilinin indi müalicə aldığı xəstəxanada tam toksikoloji müayinənin keçirilməsi qeyri-mümkün hesab olunur və o, həmin xəstəxanada, həmçinin həbsdə qala bilməz:

Mixail Saakaşvili dərhal həbsdən azad edilib təcili şəkildə ABŞ-dakı üçüncü dərəcəli universitet xəstəxanasına köçürülməli, yaxud diaqnostika və müalicə üçün Aİ-yə göndərilməlidir. 

bəyanatda deyilir

Təşkilat vurğulayıb ki, zəhərli maddələrin, kimyəvi birləşmələrin və radioaktiv maddələrin mövcudluğu vaxtında yoxlanılmalıdır. Əks halda Saakaşvili koma və ölüm riski ilə üz-üzə qala bilər. 

Saakaşvili həbsdə hansı addımları atıb: Keçmiş prezident 2021-ci ilin oktyabrında həbs olunduqdan sonra iki dəfə aclıq aksiyası keçirib. O, ilk dəfə 50 gün aclıq aksiyası keçirib və noyabrın 19-da Gürcüstanın Qori şəhərindəki xəstəxanaya köçürüldükdən sonra buna son qoyub. Növbəti dəfə isə fevralın 23-də aclıq aksiyasına başlayıb və 15 gün sonra dayandırıb. Saakaşvilinin vəziyyətinin pisləşməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra mayın 12-dən Tbilisidəki “Vivamedi” klinikasında müalicəsinə başlanıb.

Siyasi reaksiya necə olub: Mixail Saakaşvilinin səhhəti ölkədə siyasi spekulyasiyalara səbəb olub. Belə ki, hakim “Gürcü Arzusu” partiyasının liderləri onun aclıq aksiyası edərək sağlamlığına zərər vurduğunu və bu səbəbdən səhhətində problemlər yarandığını deyiblər. 

Saakaşvili niyə həbs olunub: O, 2021-ci il sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstana qayıdıb və oktyabrın 1-də saxlanılıb. Ona qarşı “vəzifə səlahiyyətlərindən sui-istifadə” və vəzifədə olduğu müddətlə bağlı bir sıra digər ittihamlar irəli sürülüb. Əksər məhkəmə iclaslarında iştirak edə bilməyən Saakaşvili 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia