Çərşənbə, 17 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı nələri bilirik və kim nə reaksiya verib?

27 Yanvar 2023
A A
Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı nələri bilirik və kim nə reaksiya verib?

Azərbaycanın Tehrandakı səfirliyinə hücum anının təhlükəsizlik kameraları vasitəsilə çəkilən görüntüsü. 27 yanvar, 2023

Yanvarın 27-də Bakı vaxtı ilə 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, səfirliyə daxil olub. Hadisə nəticəsində səfirliyin 3 əməkdaşı xəsarət alıb, onlardan biri, mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub. Mühafizə xidmətinin yaralanan iki əməkdaşının vəziyyəti isə qənaətbəxşdir. 

Hadisədən sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsinə başlanılıb.

Hücum edən şəxs kimdir? 

İran mediası, “Tasnim” yazır ki, səfirliyə hücum edən şəxs, 50 yaşlı Yasin Hüseynzadə saxlanılıb. Tehran polisinin rəisi, briqada generalı Sərdar Hüseyn Rəhimi onun ailə problemləri olduğunu və istintaqın ilkin versiyasına görə, hadisənin şəxsi motivli olduğunu bildirib. 

Azərbaycan hökumətinə yaxın “Caliber.az” saytı isə yazır ki, İrandakı səfirliyə hücum terror aktıdır və bunun arxasında İran xüsusi xidmət orqanları dayanır: 

Birincisi, İran tərəfi izləri ört-basdır etməyə və diqqəti yayındıran informasiya hay-küyü yaratmağa çalışaraq, guya “erməni izi” ilə bağlı fikirlər səsləndirir. Amma bu, açıq-aşkar yalan və Azərbaycan ictimaiyyətini çaşdırmaq cəhdidir. İran təbliğatının növbəti versiyası belədir: guya iranlı Yasin Hüseynzadə hansısa səbəbdən səfirliyin ərazisində saxlanılan həyat yoldaşını “azad etmək” üçün iki uşağı ilə birlikdə buraya gəlib. Bu ağ yalan və İran xüsusi xidmət orqanlarının planlaşdırdığı terror aktını məişət cinayəti kimi təqdim etmək cəhdidir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür.

Tehran polisinin rəisi, briqada generalı Sərdar Hüseyn Rəhimi vəzifəsindən azad edilib. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlikdə keçirilən görüşdə ona bildirilib ki, Azərbaycan silahlı hücumu pisləyir və diplomatik nümayəndəliyə bu kimi hücumları qəbuledilməz hesab edir. 

Həmçinin “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. 

Kim nə reaksiya verib? 

Prezident İlham Əliyev Bakı vaxtı ilə saat 13:00 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla “Twitter”də yazıb: 

Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma görə məsuliyyət daşıyanların cəzalandırılmasına çağırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında yazıb:

Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb:

Can Azərbaycanın Tehran səfirliyinə olan hücumu lənətləyirəm.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviterdə yazıb: 

Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara şəfa diləyirəm.

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Haiat səfirliyə hücumun onları sarsıtdığını və kədərləndirdiyini yazıb:

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli hücumda təhlükəsizlik rəisinin qətlə yetirilməsi bizi sarsıdıb və kədərləndirib. Azərbaycan xalqına və hökumətinə, həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların ən qısa zamanda sağalmasını arzulayırıq.

Faktla bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanılıb.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia