Çərşənbə axşamı, 20 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstanda “xarici agentlər” haqda qanun layihəsi hazırlanıb

18 Fevral 2023
A A
Gürcüstanda “xarici agentlər” haqda qanun layihəsi hazırlanıb

Gürcüstanda "xarici agent"lər haqda qanun layihəsi hazırlanıb

Gürcüstan parlamentinə xaricdən maliyyələşən KİV və vətəndaş cəmiyyəti təşkilatlarını “xarici agentlər” adlandıran qanun layihəsi təqdim ediləcək. Güman edilir ki, Rusiyada olduğu kimi Gürcüstanda da bu, repressiyalara səbəb olacaq. Layihəni hakim “Gürcü Arzusu” partiyasını rəsmən tərk etmiş hökumətyönlü deputatlardan ibarət “Xalqın Gücü” qrupu təqdim edəcək. Onlar təşəbbüslərini elan edərkən layihənin “açıqlıq və şəffaflıq prinsiplərinə” əsaslandığını bildiriblər.

OC Medianın əldə etdiyi layihənin surəti onu göstərir ki, qanun qüvvəyə minərsə, ölkədə fəaliyyət göstərən istənilən yayımçıya, qəzetə, gürcüdilli onlayn media platformasına, eləcə də Gürcüstanda qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçmiş istənilən təşkilata təsir göstərəcək. 

Layihədə nələr əks olunub:

  • Gəlirinin 20%-dən çoxunu “xarici qüvvvələr”dən əldə edən hər hansı təşkilat “Xarici Qüvvələrin Agentlərinin Reyestrində” qeydiyyatdan keçməyə məcbur ediləcək və ya 25 min lariyə (16 min AZN) qədər cərimələnəcək.  
  • “Xarici qüvvələrin agentləri” hesab edilənlər illik gəlir bəyannamələrini mütləq təqdim etməli olacaqlar. 
  • Ədliyyə Nazirliyinin “xarici qüvvələrin agentləri” hesab etdikləri təşkilatları araşdırmaq və sənədləri əldə etmək səlahiyyəti olacaq. 

Kimlər “xarici agent” kimi müəyyən edilib:

  • Xarici hökumət; 
  • Gürcüstan vətəndaşı olmayan şəxs; 
  • Gürcüstan qanunvericiliyinə uyğun olaraq ölkədə təsis edilməmiş hüquqi şəxs və ya hər hansı bir təşkilat; 
  • Birləşmiş Millətlər Təşkilatı və ya Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq hüquqa əsasən yaradılmış təşkilat.

Layihə müəllifləri nə deyir: “Xalqın Gücü” qrupu bu təklifi hazırlayarkən Qərb nümunələri, o cümlədən ABŞ-ın FARA qanununa ((Xarici agentlərin qeydiyyatı haqqında qanun) əsaslandıqlarını iddia edib. Bu qanun ABŞ hökumətinə lobbiçilik edən şəxslərdən və təşkilatlardan istənilən xarici maliyyə vəsaitini açıqlamağı tələb edir. 

Layihəni hazırlayanlar onu da deyiblər ki, yaxın günlərdə “media məkanında yalan və söyüşlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsini” təmin edən daha bir qanun layihəsini ictimaiyyətə açıqlamağı planlaşdırırlar.

Oxşar qanun hansı ölkələrdə var: Bu cür qanun layihəsi ilk dəfə 2012-ci ildə Rusiyada qəbul edilib. Daha sonra Macarıstan 2017-ci ildə oxşar layihəni qəbul etsə də, 2020-ci ildə Avropa İttifaqının Ədalət Məhkəməsi tərəfindən qeyri-qanuni hesab edilib.

Reaksiyalar necə olub: Hakim “Gürcü Arzusu” partiyası hələ qanun layihəsi ilə bağlı mövqeyini bildirməsə də, partiyanın bir neçə deputatı layihənin lehinə çıxış edib. Mixail Sarjveladze jurnalistlərə bildirib ki, layihədə heç bir qəbahət görmür. İrakli Kadagişvili isə “hər yerdə və hər şeydə şəffaflıq olmalıdır” söyləyib.

Avropa İttifaqı parlamentinin xarici əlaqələr komitəsinin üzvü, Litvanın keçmiş baş naziri Andrius Kubilius bu təklifin Gürcüstanın Aİ-yə üzvlük danışıqlarının erkən başlaması perspektivlərinə mənfi təsir göstərəcəyini deyib. O, həm də Gürcüstan hökumətinin özünün də xaricdən maliyyə vəsaiti aldığını xatırladıb:

Bu təşəbbüs Gürcüstan hakimiyyətinin ölkədə çox fəal olan vətəndaş cəmiyyəti üçün Aİ-dən maliyyə yardımı  istəməməsi mənasına gəlir? Bəs, Aİ-dən maliyyə dəstəyi alan Gürcüstan hakimiyyəti necə, onlar da özlərini xarici agent elan edəcəklər?

deyib Aİ rəsmisi

Kubilius onu da əlavə edib ki, qanun layihəsinin dərhal geri götürüləcəyinə ümid edir.

“Gürcüstan Siyasəti İnstitutu” analitik mərkəzi hesab edir ki, qanun qəbul olunsa, ölkənin Avropaya inteqrasiya prosesindən tamamilə uzaqlaşmasına gətirib çıxaracaq. Onu da əlavə ediblər ki, layihənin qəbul olunması Avropa institutlarının Gürcüstana maliyyə yardımına mənfi təsir göstərəcək . 

Tbilisidə yerləşən İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI) bu cür qanunun parlamentdə müzakirəsinin belə Gürcüstanın Aİ istəklərinə xələl gətirə biləcəyindən narahatdır.  Onlar qanun layihəsini “Aİ-nin hüquq sistemi və dəyərlərinə uyğun gəlməyən” addım adlandırıblar.

Yerli mediaya nəzarət orqanı olan Media Ombudsmanının direktoru Natia Kapanadze OC Media-ya bildirib ki,  qanun layihəsinin hakim “Gürcü Arzusu” partiyası tərəfindən hazırlandığına inanılır və hökumətdən asılı olmayan insanların qorxudulmasını əks etdirir:

 Təşkilatları “agent” adlandırmaq o deməkdir ki, hökumət nəzarət edə bilmədiyi insanlardan və QHT-lərdən indiyə qədər təsəvvür etdiyimizdən daha çox qorxur.

deyə bildirib

Kapanadze həmçinin vurğulayıb ki, hazırkı qanun layihəsi yalnız “xarici agentlərin” qeydiyyatdan keçməsini tələb etsə də, gələcəkdə  düzəlişlər edərək Rusiyada olduğu kimi daha irəli gedə bilərlər.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia