Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstanda seçkiyə 3 gün qalmış Atlantic Council-un əməşdaklarının evində axtarış aparılıb, elektron cihazlar götürülüb

24 Oktyabr 2024
A A
Gürcüstanda seçkiyə 3 gün qalmış Atlantic Council-un əməşdaklarının evində axtarış aparılıb, elektron cihazlar götürülüb

İllustrasiya: Mikroskop Media

Gürcüstanda parlament seçkilərinə 3 gün qalmış, 24 oktyabrda səhər saatlarında Maliyyə Nazirliyinin İstintaq Xidməti Amerika mərkəzli Atlantic Council-un Gürcüstandakı əməkdaşlarının evində axtarış aparıb.

Axtarışlarla bağlı ilkin məlumatı yeni yaranmış Federal Partiyasının qurucusu Qeorgiy Noniaşvili verib. Budəfəki seçkilərdə iştirak etməyən partiyanın qurucusu açıqlama yayıb ki, onun evində axtarış aparılaraq özünə və ailəsinə aid bütün elektron cihazlar götürülüb. Noniaşvinin həyat yoldaşı Sofo Qelava Atlantic Council-da işləyir.

Onlara bildirilib ki, İstintaq Xidməti vergidən yayınma ilə bağlı araşdırmalara başlayıb. Lakin Qelava seçkiyə cəmi 3 qalmış belə bir araşdırmanın başlanmasının şübhəli olduğunu düşünür. Qelava əlavə edib ki, onun fəaliyyəti tamamilə siyasətlə bağlıdır. O, dezinformasiyanı və Rusiyanın Gürcüstanda keçirilən parlament seçkilərinə təsirini araşdırıb.

Maliyyə Nazirliyinin İstintaq Xidməti həm də Atlantic Council-un başqa bir əməkdaşı Eto Buziaşvilinin evində axtarış aparıb. Formula TV-yə verdiyi müsahibədə Buziaşvili deyib ki, xidmətin əməkdaşları ona evdə qaz sızmasını yoxlamaq istədiklərini deyərək aldadıb və evə daxil olub. Evdə axtarış 2 saat çəkib və Buziaşviliyə vəkilinə zəng etməyə icazə verilməyib.

Ondan yalnız çalışdığı təşkilat, Atlantic Council barədə məlumatlar soruşublar.

Xidmətin əməkdaşları Sofo Qelavanın evində olduğu kimi Eto Buziaşvilinin də bütün elektron cihazlarını aparıblar.

“Mən evdən çalışıram. Kompyuter mənim işimin əsas tərkib hissədir. Mən hər gün bütün dünyadakı dezinformasiyanı araşdıraram. Məsələn, Rusiyanın dezinformasiya vasitəsi ilə Gürcüstana təsiri. Hazırda bu mövzu üzərində çalışıram. Ümid edirəm ki, yazını tamamladıqdan sonra ən qısa zamanda yayımlanacaq”.

“Civil Georgia” öz mənbələrinə istinadən yazır ki, araşdırma cinayət məcəlləsinin 3 maddəsi – Pulyuma, dələduzluq və vergidən yayınma ilə əlaqədar aparılır.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia