Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024
A A
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

Foto: Mikroskop Media

Masallı rayonu Ərkivan qəsəbəsi sakinləri yaşadıqları ərazinin yaxınlığında tır parkı salınmasından narazıdır. Bu barədə Mikroskop Media-ya məlumat verən qəsəbə sakini Həqiqət Heydərova deyir ki, həmin ərazinin təyinatı və şəraiti tır parkı üçün uyğun deyil. Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində ilk dəfə özəlləşdirilmiş torpaq sahəsi əslində kənd təsərrüfatı təyinatlıdır. 

Həmin ərazinin yaxınlğında yaşayan təxminən 10-12 ailə isə vəziyyətdən narazıdır. Onlar deyir ki, ərazi irihəcmli tırların hərəkəti, manevri üçün uyğun deyil. Eyni zamanda sıx yaşayış məskəni olan və uzun müddətdir orada yaşayan sakinlər ola biləcək səs-küydən də narazıdır. 

“Uzun müddət bu ərazini müxtəlif təyinatlar üzrə – xəstəxana, ev tikmək və s. üçün istifadə etmək istəyiblər, amma yerli icra hakimiyyəti icazə verməyib. Bir müddət öncə bu ərazini satın alan başqa bir iş adamı burada tır parkı yaratmaq istəyir, indiki icra hakimiyyəti başçısı isə buna şərait yaradır”.  

Narazı olan qəsəbə sakinlərinin sözlərinə görə, onlar indiyə qədər bu məsələ ilə bağlı Kənd Təsərrüftı Nazirliyinə, Prezident Administrasiyasına və İqtisadiyyat Nazirliyinə müraciət ediblər, amma şikayətləri cavabsız qalıb. 

“Nazirlər Kabinetindən də maraqlandım ki, həmin torpaq sahəsinin təyinatı dəyişdirilib yoxsa, yox. Mənə bildirildi ki, hələ də o ərazi kənd təsərrüfatı təyinatlıdır, amma iş adamı buna məhəl qoymur və icra başçısı da onu müdafiə edir”. 

Şikayətçilər deyir ki, hətta icra başçısı ilə görüşdə də onlar bu vəziyyətdən narazı olduqlarını bildiriblər, amma bu da nəticəsiz qalıb. 

“Həmin görüşdə bizimlə yanaşı rayonun müxtəlif kəndlərindən fərqli problemlərlə gələn şikayətçilər var idi. Lakin icra başçısı onların da şikayətinə adekvat reaksiya vermirdi” – Həqiqət Heydərova deyir. 

Qəsəbə sakinlərinin şikayəti ilə bağlı tır parkının salınması planlaşdırılan ərazinin sahibi Süleyman Abdullayev Mikroskop Media-a açıqlamasında deyib ki, o, həmin torpaq sahəsini kənd təsərrüfatı təyinatlı yox, sahibkar torpağı kimi alıb və sənəd ona ASAN Xidmət-dən təqdim olunub. 

“Əgər torpaq kənd təsərrüfatı təyinatlı olsaydı, onun vergisi çox az olardı, amma sahibkar torpağı olduğuna görə məndən 6 min manat vergi tutulub.

Torpaq sənədini icra başçısı vermir, alqı-satqı baş tutur, Cəlilabad regional torpaq şöbəsi qeydiyyatını aparır, amma sənəd ASAN Xidmətdən verilir, gedib icra başçısından, hətta rayon torpaq şöbəsindən də ala bilmərsən”. 

Həmin torpaq sahəsinin yaxınlığında yaşayan ailələr, xüsusən də Heydərov ailəsi ilə hər hansı konflikti olmadığını deyən S. Abdullayevin sözlərinə görə, tır parkının sakinlərə hər hansı maneəsi yoxdur: 

“Elə bil ki, öz maşınını qaraja salırsan, mən də öz maşınlarımı həmin ərazidə saxlayacam. Yer yox idi deyə yol kənarında saxlayırdıq, onda da polis işçilərinə, yol hərəkətinə maneə törədir. Tır parkının onlara  heç bir maneəsi yoxdur və çıxışı ayrıdır. Onların yoluna maneə olacaq yer yoxdur, mənim yolum birbaşa avtomobil yoluna çıxır.”

Ərkivan qəsəbə icra nümayəndəsi Elmir Əliyev Mikroskop Media-ya açıqlamasında deyib ki, həmin ərazi üçün qeyri-yaşayış obyekti kimi çıxarış verilib. 

“Həmçinin çıxarışa biz müdaxilə edə bilmərik, onu Əmlak Məsələləri üzrə Dövlət Komitəsi verir. Bu çıxarışda da təyinat qeyri-yaşayış obyekti yazılıb. Bununla bağlı vətəndaşlar bir neçə dəfə müraciət edib və onlara izah olunub ki, hər hansı şikayətləri varsa, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və ya məhkəmə orqanlarına müraciət edə bilərlər”.

İcra nümayəndəsi hesab edir ki, tır parkı ərazidəki sakinlər üçün problem yaratmayacaq, çünki onun çıxışı ayrıdır.

“Dövlət Xidmətindən bizə zəng eləmişdilər, vətəndaşlar onlara da müraciət edib. Həmçinin də rayon prokurorluğuna. Bunla bağlı araşdırmalar aparılır”. – E. Əliyev bildirib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia