Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
A A
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

Kollaj: Mikroskop Media. Foto:president.az

TikTok sosial şəbəkəsi əlində telefon vaxtı göstərərək “SeaBreeze”ə neçə dəqiqəyə çatacağını müəyyənləşdirən fenomenlərlə doludur. Həmin videolarda onlar Bakının müxtəlif istiqamətlərindən ya öz maşınları, ya da taksi ilə “SeaBreeze”ə gedərək yolun nə qədər qısaldığını nümayiş etdirir.

“Sea Breeze”ə məsafəni qısaldan həmin yol Böyükşor–Pirşağı avtomobil yoludur. Fenomenlər isə bu avtomobil yolundan videoları hələ rəsmi açılışı olmadan paylaşmağa başlayıb.

Rəsmi açılışını isə bir neçə gün əvvəl, 7 noyabrda şəxsən prezident İlham Əliyev edib. Uzunluğu 12,7 km olan yolda həm də “Sea Breeze”i göstərən yol nişanları da yerləşdirilib. 

Təzə avtomobil yoluna kim, nə vaxt qərar verib?

Böyükşor–Pirşağı avtomobil yolunun tikintisi barədə sərəncam 2023-cü ilin 25 oktyabrında imzalanıb. İlham Əliyevin sərəncamı ilə yolun tikintisinə 4 milyon 700 min manat vəsait ayrılıb. Sərəncamda bunun ilkin məbləğ kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edildiyi qeyd olunur. Lakin sonradan yolun tikintisi üçün əlavə yenə maliyyə ayrılıb-ayrılmadığı barədə məlumat yoxdur. 

Əliyevin keçmiş kürəkəni Emin Ağalarov özü də bu yeni avtomobil yolunun “SeaBreeze”ə nə qədər yaxın olduğunu nümayiş etdirən videolar yayımlayıb. Həmin videolardan birini bu ilin 23 oktyabrında paylaşıb. O, fəxrlə saatın 12:09 olduğunu və 23 km-lik yolun 17 km-lik hissəni sürət həddini keçmədən gedərək cəmi 10 dəqiqəyə “SeaBreeze”ə çatdığını deyir.

“SeaBreeze” bu yolu İlham Əliyevin sərəncamı imzaladığı gündən cəmi 1 ay sonra reklam etməyə başlayıb. Qeyd edilb ki, bu yol şəhərdən Sea Breeze-ə çatma müddətini 23 dəqiqəyə qədər azaldacaq.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia