Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli bu gün partiyanın qərargahı qarşısında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bu barədə partiyanın Məclis üzvü Vasif Sadıqbəyli məlumat yayıb.
Onun sözlərinə görə, Mustafa Hacıbəyli 5 nəfər mülki şəxs tərəfindən saxlanılıb və 10 MP 107 dövlət nömrə nişanlı maşınla aparılıb. Başqan müşavirinin hazırda 5-ci Polis bölməsində olduğu bildirilir.
“Bastainfo”ya açıqlama verən Mustafa Hacıbəyli bildirib ki, onun evinə zəng edərək soruşublar.
“İndicə mənə də zəng vurdular, bölməyə gəlməyimi bildirdilər. Saat 2 üçün rəis gözləyir dedilər. Çağırılma səbəbini izah etmədilər.” -Mustafa Hacıbəyli əlavə edib.
Mustafa Hacıbəyli hesab edir ki, polis bölməsinə çağırılması müxalifət qüvvələrinin Martın 10-na təyin etdiyi “Ümumxalq mitinqi” ilə əlaqədardır.