Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

SMDT: Seçkilərin ümumi nəticələri şübhə altındadır

12 Aprel 2018
A A
SMDT: Seçkilərin ümumi nəticələri şübhə altındadır

11 aprel növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edən seçici. Foto: Əziz Kərimov / AP

11 aprel növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edən seçici. Foto: Əziz Kərimov / AP

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Azərbaycanda ötən gün keçirilən növbədənkənar pprezident seçkiləri ilə bağlı ilkin bəyanatını açıqlayıb. Bəyanatda qeyd olunur ki, SMDT seçki prosesində bütün mərhələləri namizədlərin irəli sürülməsi, seçkiqabağı təşviqat, seçki günü səsvermə və səslərin sayılması prosesləri üzrə müşahidə edib.

SMDT bəyanatında qeyd edir ki, seçki günü səsvermə və səslərin sayılması prosesini zədələyən ənənəvi və ciddi qanun pozuntuları qeydə alıb.

Qeyd olunan pozuntular bunlardır:

  • Seçki məntəqələrinin 47 faizində adları seçici siyahısında olmayan seçicilərin səsvermədə iştirakı
  • Seçki məntəqələrinin 53 faizində seçki qutusuna saxta bülletenlərin atılması
  • Seçki məntəqələrinin 53 faizində bir şəxsin bir neçə dəfə səsverməsi halları

Məlumatların daxil olduğu seçki məntəqələrinin yalnız 8 faizində ciddi qanun pozuntularının yer almadığı bildirilir.
“Seçki günü həmçinin müstəqil müşahidəçilərə və jurnalistlərə qarşı ciddi təzyiqlər qeydə alınıb. Bu təzyiqlər seçki məntəqələrində qanun pozuntularına irad bildirən və səslərin sayılmasını izləmək istəyən vətəndaşlara qarşı baş verib” – deyə bəyanatda qeyd olunur.

SMDT həmçinin seçici fəallığı ilə bağlı rəqəmlərin rəsmi rəqəmlərdən çox fərqli – xeyli aşağı olduğunu müşahidə edib. Rəsmi nəticələr üzərində detallı analiz sayəsində SMDT elan olunmuş rəqəmlərlə bağlı ciddi uyğunsuzluqlar müəyyən edib. Bu nəticələr seçki məntəqələrinin yarısından çoxunda seçki qutularına toplu bülletenlərin atılması halları iddia etməyə və seçici fəallığının süni şəkildə şişirdildiyini ifadə etməyə əsas verir, o cümlədən ümumi nəticələrin etibarlılığını şübhə altına qoyur.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin seçici fəallığı barədə hazırladığı infoqrafika

SMDT hesab edir ki, 11 aprel 2018-ci il növbədənkənar prezident seçkisi siyasi azadlıqlara təzyiqlər, bərabər və həqiqi rəqabət imkanları, o cümlədən alternativ seçim şəraitinin məhdudlaşması ilə müşayiət olunaraq, azad və ədalətli seçkilər üzrə milli qanunvericiliyin və beynəlxalq standartların pozulması şəraitində keçirilib.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia