Bazar, 21 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Darvinin “Təkamül nəzəriyyə”si ilə bağlı 3 axmaq sual

19 Aprel 2018
A A
Darvinin “Təkamül nəzəriyyə”si ilə bağlı 3 axmaq sual

İllustrasiya: Philipp Kammerer / Alamy

Bu gün ölümünün 136-cı il dönümü olan Çarlz Darvin “Təkamül nəzəriyyəsi”ni yazmadan əvvəl (27 dekabr, 1831 – 2 oktyabr, 1836-cı illər) 5 il “Beagle” gəmisi ilə araşdırma səyahətində olub. Bu müddət ərzində müxtəlif qitələrdə müşahidələr və araşdırmalar aparıb. Eləcə də müxtəlif bioloq alimlərin yazdığı onlarla kitabı oxuyub, onların da müşahidələri, qeydləri və sualları ilə tanış olub. Alim Təkamül nəzəriyyəsi ilə bağlı araşdırmalarını səyahətdən bir neçə il sonra yoluxduğu Chagas adlı dəri xəstəliyi ilə mübarizə apara-apara da davam etdirib. Darvin mütəmadi olaraq qusma, qarın ağrısı və halsızlıqdan əziyyət çəkirdi. Hidroterapiya ilə müalicə olunsa da o, ömrünü bu xəstəliklə başa vurub.

Foto: Vikipediya

Çarlz Darvinin ərsəyə gətirmək üçün bu qədər vaxt, enerji və əmək sərf etdiyi nəzəriyyə haqqında həddindən artıq çox məqalə, yazı dərc olunub. Bunların arasında yüzlərləsi bu nəzəriyyənin əleyhinə, onun yanlış olduğunu sübut etməyə yönəlib.

Bundan başqa Darvin bu nəzəriyyə üzərində işləyən, insanın və digər canlı növlərinin haradan, necə yarandığı barədə düşünən, bu suallara dinlərin danışdığı əfsanələrdən daha fərqli cavab axtaran tək insan olmayıb.

Ondan əvvəl Jan Batist Lamark, eləcə də Çarlzın babası Erasmus Darvin də bu sahədə araşdırmalar aparıb. Ümumiyyətlə, “Növlərin mənşəyi” kitabını oxuyanlar bilir ki, kitabın ilk səhifələri saysız-hesabsız alimə, kitab müəllifinə təşəkkürdən ibarətdir. Kitabın bir çox hissəsində öz müşahidələri, araşdırmaları ilə Darvinə kömək etmiş alimə minnətdarlıq və istinad var. Yəni, “Təkamül nəzəriyyəsi” müxtəlif vaxtlarda yaşamış bir çox alimin ortaq əməyidir.
Bu qədər əməyin bəhrəsi olan və canlıların bu günə qədər keçdiyi yolla bağlı ən məntiqli izah hesab olunan “Təkamül nəzəriyyəsi” ilə bağlı mütəmadi verilən 3 axmaq sualı təqdim edirik:

Təkamül həqiqətən varsa, biz niyə onu görmürük?

Ola bilər ki, saytlardakı hansısa mobil telefon markasının “təkamül”ü, ya da hansısa müğənninin xarici görünüşünün 10 il ərzində keçirdiyi “təkamül” məzmunlu yazılar sizi çaşdırsın. Amma təbiətdə canlıların yaranması, dəyişməsi, onların təkamüllə yeni növlər yaratmağı 10 milyonlarla, hətta milyardlarla ilə başa gəlir.

Kainat 14 milyard il əvvəl Böyük partlayışla yaranıb. Yaşadığımız Yer kürəsinin isə 4.5 milyard yaşı var. Bunun sübutu da Kanada və Avstraliyadakı qədim qayalıqlarda, zirkon kristallarının daxilindəki uranın qurğuşuna çevrilmə müddətinin ölçülməsidir. Yüz milyonlarla il əvvəl canlılar suda yaranmağa başlayıb və bir neçə milyon il ərzində quruya yaxın yerdə yaşayanlar kənara çıxıb. Təkamül nəzəriyyəsi təkamülü düz xətt kimi yox, ağac olaraq təsvir edir. Yəni, yeni növlərin yaranması bir xətt üzərində yox, ağac budağı kimi davam edir. Bir canlıdan müxtəlif növlər, alt qruplar yarana bilir. Bu da milyonlarla il vaxt aparır. Yeni növlərin yaranması, canlıların xarakterik xüsusiyyətlərindəki dəyişikliklər ətraf mühit də daxil olmaqla bir çox səbəbə görə dəyişir.

Yəni, təkamül hansısa an, saat, ay ərzində baş verən qəfil hərəkət yox, mütəmadi davam edən bir prosesdir. Kainat, bütün qalaktika və planetlər mütəmadi olaraq dəyişir, onla paralel olaraq təbiət və canlılar da. Təkamül sadə bir başlanğıcla başlayır və zaman keçdikcə daha mürəkkəb sistemlərə çevrilir. Məsələn, canlıların gözləri ilkin olaraq orqanizmdəki işığa həssas hüceyrələrdən yaranmağa başlayıb və milyon illər ərzində indiki mürəkkəb formasını alıb.

Əgər meymunlar insana çevrilibsə, onda indiki meymunlar niyə insana çevrilmir?

İllustrasiya: Guardian dizayn qrupu

Ümumiyyətlə, sualın bu cür qoyuluşu səhvdir. Çünki Darvin insanın meymundan əmələ gəldiyini yox, insanla primatların əcdadının ortaq oluğunu deyib. Yəni, söhbət hansısa meymun cinsinin səhər yuxudan durub dik yeriməyi, tədricən də insana çevrilməyindən getmir. İnsan yaxın tarixdə primatlarla, uzaq tarixdə isə digər bütün canlılarla ortaq mənşəyə sahibdir. Biz şimpanze, bonobo və qorilla ilə çox yaxın qohumuq.

İnsanla şimpanzenin hemoqlobinlərinin fərqi yoxdur, qana qırmızı rəng verən oksigen daşıyıcı molekul hemoqlobinin bütün 287 alt-qrupu şimpanzeninkilərlə eynidir. Genetik yaxınlığımız 98.5%-dir.

İnsan və şempanzenin (Pan cinsi) ortaq əcdadı 6-7 milyon il əvvələ gedib çıxır.

Milyonlarla il əvvəl paralel olaraq eyni vaxtda bir neçə insana bənzər növ yaşayıb, amma onlardan çoxu tükənib və yalnız Homosapiens, yəni biz sağ qalmışıq. Şimpanze ilə ortaq olan əcdad, insana bənzər növ artıq insana çevrildiyinə görə təbii ki, həmin canlı artıq yoxdur.

Ümumiləşdirsək, əvvəlki sualın cavabında da qeyd etdiyimiz kimi təkamül düz xətt boyunca yox, ağac budaqları kimi davam edir. “İndiki meymunlar niyə insana çevrilmir?” sualını meydana çıxaran da bu yanlış təsəvvürdür. Bundan başqa indiki primatlar insana çevrilmir, çünki milyonlarla il əvvəl insana bənzər növlərin meydana çıxdığı şəraitdə deyillər və eləcə də insanın 6 milyon illik bazası onlarda yoxdur. Ola bilsin, milyonlarla il sonra onların da arasında insana bənzər növlər yarana bilər.

Təkamüllə yeni növlər yaranıbsa, onda ara keçid formlar haradadır?

Ciddi bir alim kimi Çarlz Darvin özü də qeyd edirdi ki, nəzəriyyəsinin sübut olunmağı üçün çoxlu sayda ara keçid formlar tapılmalı, növlərin yaranması mexanizmi açıqlanmalıdır. Darvinin yaşadığı dövrdən bu günə qədər xeyli ara keçid formları tapılıb.

Bu tapıntılar fosillərdir. Yüz minlərlə və milyonlarla il əvvəl yaşayıb soyu tükənmiş canlıların qalıntılarını bu gün tapıb üzərində araşdırma aparmaq olduqca çətindir. Çünki canlılar öləndən bir müddət sonra təbiət onları “yoxa çıxardır”. Ona görə də ancaq sümük qalıqları ilə araşdırmalar aparmaq olur ki, sümüklər də çox uzun müddət qalmır, bir müddət sonra onlar da yox ola bilir. Amma uyğun şərait olsa, məsələn canlıların bədən hissələri buzluqlar, qayalar və dərin qatlarda ilişib qalsa, fosil kimi bu günə qədər gəlib çıxa bilir.

Bundan başqa cəmiyyətdə olduğu kimi təbiətdə də keçid növlər, formlar qısa müddət var olur və tezliklə yenə sabitlik bərpa olunur. Yalnız yenidən dəyişiklik tələb edən şərait yarananda keçid növ meydana çıxır.

DNT ilə araşdırmalar hazırda yaşayan əksər heyvanların əcdadlarını məsələn, 10 minə yaxın quş növünün təkamüllə dinozavrlardan yarandığını sübut edir. Bunu sübut edən çoxlu sayda ara keçid formlar var.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia