Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Paşinyan dediyini edir; Yerevan bloklanıb

02 May 2018
A A
Paşinyan dediyini edir; Yerevan bloklanıb

Paşinyanın tərəfdarları paytaxtda bütün yolları bloklayıb. Foto: Sergey Grits / AP

Paşinyanın tərəfdarları paytaxtda bütün yolları bloklayıb. Foto: Sergey Grits / AP

Ermənistanda müxalif Yelk Partiyasının sədri Nikol Paşinyan baş nazir seçilmədikdən sonra tərəfdarlarını yenidən küçələrə çağırıb. NTV Türkiyə xəbər verir ki, dünəndən etibarən başlayan aksiyalar paytaxt Yerevanı az qala iflic edib.

Belə ki, kütləvi tətilə metropoliten əməkdaşları da qoşulub və Yerevan metrosunun bütün stansiyaları bağlanıb. Bununla yanaşı Paşinyan tərəfdarları digər ictimai nəqliyyat vasitələrinin də hərəkətinə mane olub. Hava limanına gedən və şəhərin bir çox yolları bağlanıb. Hava limanına getmək istəyənlər bu yolu piyada qət etməli olublar.

Yerevanın mərkəzi küçələrindən birində etirazçıların yolu kəsmək üçün skamyadan istifadə edib. Foto: Gleb Garanich / Reuters

Fəallar həm də bəzi nazirliklərin – Elm və Təhsil Nazirliyi, Diaspora Nazirliyi binalarının girişini bağlayıb. Şəhərin bir çox küçə və prospektlərində gediş-gəliş dayanıb.

Aksiyalar təkcə paytaxtda deyil, Gümrü və Maralik şəhərlərində də geniş vüsət alıb. Maralikdə etirazçılar şəhər merinin üzv olduğu hakim partiyadan istefa verməyini və xalqa qoşulmağını tələb edir.

Ölkənin sərhədlərində də vəziyyət gərginləşib. Paşinyan tərəfdarları Ermənistanın İran və Gürcüstanla sərhəd keçid məntəqələrini bağlayıb və ölkəyə giriş-çıxış dayanıb.

Paşinyan bugünkü etirazlarda yenə meydandadır. Foto: Sergey Grits / AP

Aksiyalara qatılan və liderlik edən Nikol Paşinyan deyib ki, erkən Parlament seçkilərindən sonra baş nazir vəzifəsində hakim Respublika Partiyasının nümayəndəsi qalarsa, onlar seçkini boykot edəcəklər.

Paşinyan Reuters İnformasiya Agentliyinə açıqlamasında deyib ki, onun yeganə gücü xalqdır: “Biz təslim olmayacağıq və itaətsizliyə davam edəcəyik”.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia