ABŞ-ın Corciya ştatının Savanna şəhəri yaxınlığında С-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarə qəzası baş verib. Qəza nəticəsində təyyarədə olanların hamısı ölüb.
CNN yazır ki, ölənlərin sayı 9 nəfərdir.
Puerto-Riko Milli Qvardiyasının 156-cı aviasiya bölməsinə məxsus olan təyyarə Arizona ştatı istiqamətində havaya qalxarkən nasazlıq yaranıb və boş avtomobil yoluna çırpılıb.
Prayers go out to the families of all on board the plane that crashed in Garden City today. Captured from my business’ surveillance cameras #CNNiReport pic.twitter.com/08Ms4gADMv
— Scott Cohen (@scottoftroy) May 2, 2018