Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Siyavuş Novruzov mətbuatı intiharların sayını artırmaqda günahlandırıb

23 May 2018
A A
Siyavuş Novruzov müxalifətin birgə mitinqi haqqında: Belə mitinqlər uğursuzdur

Foto: Murad Orucov / sputnik

Foto: Murad Orucov / sputnik

Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisdə bu gün keçirilən dəyirmi masada Cinayət Məcəlləsində insan oğurluğu maddəsinə dəyişiklik təklif edib. APA-nın xəbərinə görə, deputat deyib ki, həmin məcəllədə qız qaçırılmasının insan oğurluğu kimi göstərilməsi düzgün deyil:

“Bir var tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs bir-birini sevir, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib, bunu qanunvericilikdə fərqləndirməliyik”.

Ölkədəki QHT-lərin də fəaliyyətini tənqid edən deputat deyib ki, onların əksəriyyəti populizm və qrant əldə etməyə çalışmaqla məşğuldur:

“Hazırda ölkədə 5000 QHT fəaliyyət göstərir. İnsan haqları və sair mövzunu əldə bayraq edirlər ki, xaricin diqqətini çəksinlər, qrant əldə etsinlər. Ölkədəki daxili problemlər, məsələn psixoloji yardım və sair məsələlər isə diqqətdən kənarda qalıb. Ona görə də QHT-lərin fəaliyyəti cəmiyyətdə o qədər də hiss olunmur”.

İntiharlarla bağlı da fikrini səsləndirən Siyavuş Novruzov onların sayının artmasında mətbuatı günhlandırıb.

“Məsələn, biri intihar edir, mətbuat isə bunu işıqlandırır, dayanmadan təbliğ edir. Bunu görən digər uğur qazanmayanlar da intihara meyllənir. Əvvəllər belə hallar gizli saxlanırdı, indi isə sanki açıq təbliğ olunur. Hesab edirəm ki, bu barədə ciddi düşünməliyik”, – deyə o qeyd edib.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia