Cümə axşamı, 18 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azər Qasımlıya həyat yoldaşı ilə görüşə və zəng etməsinə icazə verilmir

31 May 2018
A A
Azər Qasımlıya həyat yoldaşı ilə görüşə və zəng etməsinə icazə verilmir

Azər Qasımlı REALın təşkil etdiyi "Cümhuriyyət məktəbi"ndə mühazirəçilərdən biri kimi çıxış edir. Foto: şəxsi arxiv / facebook

Mayın 31-də vəkili REAL Partiyası Ali Məclisinin üzvü Azər Qasımlı ilə görüşüb.

AzadlıqRadiosuna bu barədə məhbusun həyat yoldaşı Samirə Qasımlı məlumat verib. Samirə Qasımlı deyib ki, həyat yoldaşı ona qarşı fiziki təzyiqlərin olmadığını bildirib.

“Ancaq A.Qasımlı deyib ki, ailəsinə özünün zəng etməməsi ilə bağlı deyilənlər həqiqət deyil. Ona zəng vurmağa şərait yaradılmayıb”.

S.Qasımlı onu da deyib ki, ona yaxın günlərdə görüşə icazə veriləcəyi bildirilib. Belə ki, ona bu gün həyat yoldaşı ilə görüşməsinə icazə verilməyib.

“Dünən, mayın 30-da da gəlmişdim. Çox təkid elədim, görüş vermədilər. Dedilər ki, sənədləşdirmə başa çatmayıb. Ancaq həm də qeyd etdilər ki, sabah mayın 31-də gəlsən, görüşə şərait yaradılacaq. Sonra da dedilər ki, istəsəniz, sizə zəng də vura bilər. Razılaşdım… Dedilər ki, səhər saat 10-dan 12-yə kimi zəng vura bilər. Bu gün saat 12-yə qədər gözlədim, Azər zəng vurmadı. Gəldim bura. İndi isə deyirlər ki, bütün görüş otaqları bağlıdır, təmir gedir”.

Bunlarla yanaşı A.Qasımlıya gətirilən ərzaq da qəbul edilməyib. Təcridxana nəzarətçisi bunu dövlətin özünün saxlananlara yemək verməsi ilə izah edib.

AzadlıqRadiosu baş verənlərlı bağlı Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinin rəhbərliyindən və başqa rəsmi qurumlardan münasibət ala bilməyib.

  • Mayın 28-də Bakının mərkəzində 28 May – Respublika Günü münasibətilə REALın təşəbbüsü ilə yürüş keçirilib.

  • Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

  • Mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü A.Qasımlıya polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs cəzası verilib

  • Mayın 30-da REAL Partiyası Ali Məclisi üzvü Elmin Həmzəyə 25, Nizami Rayon Məhkəməsində Nəriman İsmayılova 30, Yasamal Rayon Məhkəməsində isə Ərəstun Baxışəliyevə də 30 sutka həbs cəzası verilib.

  • REAL Partiyasının fəallarının hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib. Söhbət polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqdan gedir.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia