Rusiya XİN rəhbəri Sergey Lavrov Şimali Koreyaya lideri Kim Çen Inla görüşüb.
Nazir Şimali Koreyaya liderini Rusiyaya dəvət edib.
RİA Novosti yazır ki, rusiyalı nazirin KXDR-də səfərdə olduğu müddətdə ölkənin xarici işlər naziri Li Yon Xo ilə də görüşüb. Görüşdə hər iki nazir Koreya yarımadasındakı vəziyyəti müzakirə edib.