Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Sençov Putinə əfv məktubu yazmayacağını bəyan edib

22 İyun 2018
A A
Sençov Putinə əfv məktubu yazmayacağını bəyan edib

Foto: Valeriy Matıçin / TASS

Foto: Valeriy Matıçin / TASS

Rusiyada həbsdə olan ukraynalı rejissor Oleq Sençov Vladimir Putinə əfv məktubu yazmayacağını deyib. Bu barədə İnterfaks rejissorun vəkili Dmitri Dinze-yə istinadən məlumat yayıb.

“Oleq əfv edilməyin əleyhinədir. O, belə bir məktub yazmaq fikrində deyil”.

Bu günlərdə Avropa Şurasının baş katibi Turbyorn Yaqland Sençovun “humanitar səbəblər”lə əfv edilməsini gündəmə gətirib. O hətta Avropa konvensiyası çərçivəsində müraciət ünvanlayacağına da hazır olduğunu açıqlayıb.

Rusiya ombudsmanı Tatyana Moskalkova da Sençovun əfv üçün müraciət etmədiyini deyib. Putinin mətbuat katibi Peskov isə açıqlamasında bildirib ki, yalnız Sençov müraciət edəcəyi təqdirdə buna baxıla bilər. Vəkil isə həbsdəki rejissorla bunu müzakirə edəcəyini deyib.

  • Oleq Sençov ukraynalı rejissor və aktivistdir. 2014-cü ildə Krımın ilhaqından sonra terrorizmdə təqsirləndirilərək Krımda həbs edilib. 2015-ci ilin avqustunda 20 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddətini ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirməsi ilə bağlı qərar verilib. Sençov ittihamı rədd edir və həbsini siyasi sifariş hesab edir. Beynəlxalq insan haqları təşkilatları Sençovun azadlığını tələb edir.

  • Rejissor 14 may 2018-ci ildə həbs həyatını keçirdiyi “Ağ ayı” həbsxanasında aclıq aksiyasına başlayıb. O, bu aksiyanı öz azadlığı uğrunda yox, Rusiyada həbsdə yatan 64 Ukrayna vətəndaşının azadlığa çıxması tələbi ilə keçirir. Bu gün aclıq aksiyasının 40-cı gününü başa vurur.

  • Sençov barədə yazdığımız bu yazıdan onun barəsində daha çox şey öyrənə bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia