Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Time” jurnalının üz qabığındakı uşaq kimdir?

22 İyun 2018
A A
“Time” jurnalının üz qabığındakı uşaq kimdir?

"Time" jurnalının üz qabığı

Nüfuzlu “Time” jurnalının sonuncu buraxılışının üz qabığında ABŞ prezidenti Donald Trampla ağlayan miqrant körpə təsvir olunub. “Amerikaya xoş gəldin” yazılan üz qabığında istifadə olunan fotonun müəllifi fotoqraf Con Murdur. Fotonu ötən həftə ABŞ-Meksika sərhədində çəkən C.Mur “Getty Images”in Pulitzer mükafatı laureatı olan fotoqrafıdır. O, şəklin tarixçəsini NPR`a danışıb. Çəhrayı sviterli, anasına baxaraq ağlayan 2 yaşlı uşağın fotosunda anasının üzü görünmür. Müəllif deyir ki, foto sərhədçilər körpənin anasının üzərində axtarış aparan zaman çəkilib.

Foto: Con Mur / Getty Images

“Anaya dedilər ki, axtarış aparılan zaman uşağı qucağından yerə qoysun. Balaca qız dərhal ağlamağa başladı. Mən onda bir neçə foto çəkdim” – C.Mur deyib.

Foto çəkilən bir neçə dəqiqə sonra həmin ana və uşaq digər sənədsiz miqrantlarla birlikdə avtobusa, oradan da prosesin davam edəcəyi bir mərkəzə aparılıb. Fotoqraf deyir ki, həmin ana və uşağa daha sonra nə olduğu məlum deyil.

10 ildir ki, ABŞ-Meksika sərhədində foto çəkən Mur Hondurasdan olduğunu deyən qadınla danışmağa müvəffəq olub. Qadın ona 1 aydır ki, səyahət etdiklərini və çox yorğun olduqlarını deyib.

Mərkəzi Amerikanın ikinci ən kasıb ölkəsi Hondurasdakı qanqster şiddəti və siyasi qeyri-sabitlik bu ölkədən gələn miqrantların sayını artırıb. Mur deyir ki, ötən həftə fotosunu çəkdiyi miqrantların əksəriyyəti Hondurası ölüm qorxusundan tərk edən mühacirlər olub.

Foto: Con Mur / Getty Images

“Bu ailələlərin əksəriyyəti qorxmuşdu. İnanmıram ki, onlar əvvəllər də belə etmiş olsunlar. Ailələrini, uşaqlarını götürüb təhlükəli şəraitdə minlərlə kilometr yol qət edib ABŞ-dan siyasi sığınacaq almaq istəyirlər.

İllərdir sərhəddə foto çəkən Mur deyib ki, ötən həftə hər şey daha fərqli idi.

“Ötən həftə daha fərqli idi, çünki mən bilirdim ki, bu fotolar çəkiləndən sonra nə baş verdi. Bizim əksəriyyətimiz orada xəbəri eşitdik ki, Tramp administrasiyası ailələri ayırmağı planlayıb. Miqrantlar isə bu xəbəri eşitməmişdi, onların bunla bağlı heç bir fikri yox idi. Və nə baş verəcəyini bilə-bilə foto çəkmək çox çətin idi” – deyə fotoqraf sərhəddəki vəziyyəti təsvir edib.

Cümə günü Tramp administrasiyası açıqlayıb ki, aprelin 19-dan etibarən 6 həftə ərzində ABŞ-da ölkəyə qanunsuz daxil olma iddiası ilə 2 min uşaq valideynindən ayrılıb.

“The New Yorker” və “Time” jurnallarının üz qabığında Tramp administrasiyasının qərarı belə görünür. Kollaj: mikroskop media

“Foto-jurnalist kimi mən işimi görməyə davam etməliyəm, hətta bu çox çətin olsa belə. Amma bir ata kimi – mənim də yenicə yeriməyə başlayan uşağım var – obyektivimin qarşısında baş verənləri görmək və mənim uşağımı məndən ayırsaydılar nə baş verərdi deyə düşünmək çox çətin idi” – Mur deyib.

Bu arada ABŞ prezidenti Donald Trampın həyat yoldaşı, birinci xanım Melaniya Tramp qanunsuz miqrantların uşaqlarının ailələrindən ayrılmasının əleyhinədir. Birinci xanım ötən gün ailəsindən ayrılmış 2 mindən çox uşağın yaşadığı və Texasda yerləşən sığınacağa baş çəkib. Bu səfəri zamanı Melaniya Zara brendinə məxsus, 39 ABŞ dolları dəyərində olan və üzərində “I don’t really care, do you?” (Əslində vecimə deyil, sənin vecinədir?) yazılan jaket geyinib. Məhz həmin səfər zamanı bu jaketi geyindiyinə görə 46 yaşlı birinci xanım tənqidə məruz qalıb.

Foto: Kevin Lamarque / Reuters, “Zara” brendinin jaketinin tanıtım fotosu, Andrew Harnik / AP. Kollaj: mikroskop media

Birinci xanımın sözcüsü isə deyib ki, o, sadəcə bir jaketdir və heç bir gizli mesajı yoxdur. O həm də mediayaya Melaniya Trampın qarderobuna fokuslanmamağı məsləhət görüb.

Məsələyə prezident Donald Trampın da reaksiyası gecikməyib. O, “Twitter”də yazdığı postda “Yalan xəbər mediası”nı günahlandırıb.
“Melaniyanın jaketinin arxasında yazılan “Əslində vecimə deyil, sənin vecinədir?” yazısı yalan xəbər mediasını ifadə edir. Melaniya öyrəndi ki, onlar necə riyakardır və həqiqətən artıq onun vecinə deyil”.

“I REALLY DON’T CARE, DO U?” written on the back of Melania’s jacket, refers to the Fake News Media. Melania has learned how dishonest they are, and she truly no longer cares!

— Donald J. Trump (@realDonaldTrump) June 21, 2018

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia