Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bölgə rəhbərliyi Suruçda ölən və yaralananların olmadığını deyib

24 İyun 2018
A A
Bölgə rəhbərliyi Suruçda ölən və yaralananların olmadığını deyib

Səsvermə hüququndan istifadə edən seçici. Foto: AA

Səsvermə hüququndan istifadə edən seçici. Foto: AA

Türkiyənin Şanlıurfa şəhərinin Suruç bölgəsində seçki məntəqəsində baş verən dava nəticəsində ölən və yaralananlaarın olması xəbərini bölgə quberniyası təkzib edib. Açıqlamada bildirilir ki, yayılan məlumatlar iyunun 14-ü baş verən və hazırda istintaqı davam edən hadisə barədədir. Seçki günü məntəqədə təhlükəsizliyin təmin olunması üçün lazımi tədbirlər görülüb.

Türkiyənin İzmir şəhərinin Bornova bölgəsində yerləşən Çimetaş orta məktəbinə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilliyinə namizədi Nəcib Nasir və AKP Gənclər Təşkilatının üzvlərinin kollektiv halda gəliblər. Bu da oradakı Xalqların Demokratiya Partiyası (HDP) üzvlərinin etirazına səbəb olub. Onlar AKP üzvlərinin məktbin bağçasına icazəsiz girməklərinə etiraz edib və iki partiya üzvləri arasında gərginlik yaşanıb. AKP üzvləri HDP-liləri döyüb və döyülən üzvlər evlərinə göndərilib. Hazırda ərazi polisin nəzarətindədir və polis səs verənləri məktəbin ərazisindən uzaqlaşdırır. İzmir qubernatoru bildirib ki, o da hazırda məktəbdədi və gərginlik hələ də qalır.

İstanbulun Pendik rayonunda isə səs vermək üçün məntəqəyə gələn ata və oğul “FETÖ” istintaqında axtarışda olduqları ittihamı ilə həbs olunublar. Hadisə Mahir İz orta məktəbində baş verib. Səs vermək üçün məntəqəyə gələn Xədicə K., həyat yoldaşı İshaq K. Və oğlu Əhməd K. ilə birlikdə məntəqə üzvlərinə yaxınlaşıb. Xədicə K. Bildirib ki, o, oxumaq və yazmaq bacamır buna görə də məntəqə üzvlərindən ailə üzvləri ilə birlikdə səs verməyinə icazə verilməyini xahiş edib. Bunun qanuna ziddi olduğu bildiriləndən sonra mübahisə yaranıb. Hadisə yerinə gələn polis ata ilə oğulun şəxsiyyət vəsiqələrini yoxladıqdan sonra onları həbs edib.

Mübahisə zamanı halı pisləşən Xədicə K. isə xəstəxanaya aparılıb.

Cümhuriyyət Xalq Partiyasının (CHP) Məclis üzvü Erdal Aksünger isə sosial şəbəkə hesabında səsverdiyi məntəqədə qarşıdurma yaşandığı barədə xəbər yayıb. Onun sözlərinə görə, qarşıdurmanı AKP-lilər törədib.

“Səs verdiyim məntəqədə AKP təmsilçisi səsvermə kabinəsinin yanında dayanmışdı, ona bildirdik ki, uzaqlaşsın. Bi müddət sonra bir neçə nəfərlə birlikdə gəldi və qarşıdurma yarandı. Bunlar başa düşüblər ki, artıq gedirlər. İyrənclik bizi məğlub edə bilməz, bilin ki, gedirsiniz” – deyə E.Aksünger yazıb.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia