Şənbə, 9 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Şəhriyar Məmmədyarov bu dəfə də müraciətinin siyasiləşdirilməyindən gileylənir

28 Avqust 2018
A A
Şəhriyar Məmmədyarov bu dəfə də müraciətinin siyasiləşdirilməyindən gileylənir

Şəhriyar Məmmədyarov. Foto: Vladimir Fedorenko / Sputnik

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sponsorunun olmadığına dair ötən gün yaydığı açıqlamaya siyasi don geyindirildiyini deyir. Report yazır ki, 33 yaşlı qrossmeyster həm də bir neçə sponsorluq təklifləri də alıb.

“Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib. Bildirmək istəyirəm ki, mən canım Azərbaycanım üçün mübarizə aparmaqdan qürur duyuram”.

Şahmatçı bildirib ki, son 5 il ərzində aidiyyəti qurumlardan yalnız İddiaçılar Turniri üçün maliyyə dəstəyi alıb və milli komanda üçün dövlət büdcəsindən ayrılan pulun onun şəxsi büdcəsi kimi təqdim edilməyini ədalətsizlik hesab edir.

Şahmatçı çoxsaylı turnirlərdə iştirakının səbəbinə yenə aydınlıq gətirib və bunu maliyyə çatışmazlığı ilə əlaqələndirib:

“Eyni zamanda, qeyd etmək istəyirəm ki, yarışlarda qazandığım uğurlar üçün möhtərəm prezidentimiz tərəfindən dəfələrlə mükafatlandırılmışam və bunu çox yüksək qiymətləndirirəm. Bundan əlavə, bəzi vəzifəli şəxslər dəstək nümayiş etdirərək, şəxsən mənə kömək ediblər. Lakin yarışlarda uğurlu olmaq və dünya miqyasında rəy bildirmək üçün mütəmadi hazırlığa və maliyyə dəstəyinə ehtiyac var”.

Sonuncu dəfə 6 il əvvəl sponsorluq üçün şirkətlərə müraciət etdiyini deyən şahmatçı dünya səviyyəsində “20-liyə” daxil olan idmançı üçün tələb olunan komanda tərkibini də açıqlayıb:

  • Menecer

  • İki məşqçi-sekundant

  • Psixoloq

  • Fiziki hazırlıq üzrə məşqçi

  • Təlim-məşq toplanışlarının keçirilməsi üçün güclü sınaqçı-rəqiblər

Nə baş verib: Şahmatçı ötən gün Facebook-da yazıb ki, onun sponsoru yoxdur və yarışlara öz hesabına gedir. Pul üçün ard-arda yarışlarda iştirak etməyə məcbur olduğunu yazan Ş.Məmmədyarov bu halların onu bezdirdiyini deyib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia