Çərşənbə, 17 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Apple təqdim etdiyi yeni cihazlarda nə vəd edir? İzah edirik!

31 Oktyabr 2018
A A
Apple təqdim etdiyi yeni cihazlarda nə vəd edir? İzah edirik!

Yeni Mac Mini təqdim edilir. Foto: Apple

Apple ötən gün Macebook Air, Mac Mini və iPad cihazlarının yeni modellərini təqdim edib. Uzun müddətdir yenilənməyən cihazlar əvvəlki modellərdən nə qədər fərqlənir? Yeni nələr təklif olunur? Proqramçı Ələkbər Məmməddən xahiş etdik ki, şirkətin yeni modellərində nələr təklif etdiyini bizə izah etsin.

Yeni Macbook Air təqdim edilir. Foto: Apple

Çoxdandır yenilənməyən Macbook Air və Mac Mini cihazlarının yenilənməsi Apple müştərilərini xeyli sevindirib.

“Ucuz və güclü” məntiqi ilə hazırlanan yeni modeldə Retina ekran texnologiyasından istifadə edilib, 13,3 düym olan ekran əvvəlki modeldən 50% daha nazikdir. 1.34 kq çəkisi olan köhnə Macbook Air-dən fərqli olaraq yeni modelin ağırlığı 1.24 kqdır. Bu da şirkətin istehsal etdiyi ən yüngül kömpüter hesab olunur. Yeni modelin nəzərə çarpan digər parametrləri:

  • Intel şirkətinin 8-ci nəsil i5 prosessoru

  • 16 GB-ə qədər RAM və 1,5 TB-ə qədər SSD (yaddaş qurğusu) dəstəyi

  • 4 milyon piksellik ekran

  • İki ədəd USB-C (Type-C) və bir ədəd 3,5 mm qulaqcıq girişi

  • Touch ID (barmaq izi) skayneri və digər təhlükəsizlik prosesləri üçün T2 çipi (bu çip Macbook Pro modelində istifadə olunub)

  • Daha geniş Force Touch – 20%

Modelin başlanğıc səviyyəsi; 8 GB RAM və 128 GB SSD-yə malik olan versiyası 1199$-dan başlayaraq satılır. Elə təqdimat mərasimində elan edilib ki, ön sifariş açıqdır və satışlar noyabrın 7-dən başlayacaq.
Dörd ildən çoxdur yenilənməyən Mac Mini cihazının da artıq yeni versiyası var. Mac Mini azad monitor seçiminə imkan verən modeldir. Cihazı TV-lərə, ayrıca satılan monitorlara və s. qoşmaq mümkündür. Cihazın yeni modeli ilk versiyadan 5 dəfə daha sürətlidir, dizayn isə əvvəlki modeldən bir o qədər fərqlənmir. Bu cihazda Touch ID olmayacaq. Digər parametrləri;

  • Altı nüvəyə qədər, masaüstü səviyyədə prosessor (3,6 Ghz-ə qədər prosessorun sürət imkanı)

  • T2 təhlükəsizlik çipi

  • 64 GB-a qədər artırıla bilən RAM

  • 4 ədəd Thunderbolt 3 portu

  • 2 ədəd USB-A portu

  • 10 qiqabitə qədər dəstəkləyən internet portu

  • 128 GB SSD yaddaş qurğusu, 1 TB-a qədər dəstək

Yeni Mac Mini təqdim edilir. Foto: Apple

8 GB RAM, səkkizinci nəsil Intel i3 model prosessor və 128 GB SSD-yə malik cihaz 799$-dan satışda olacaq. Cihazın digər bir versiyasında isə Intel i5 model prosessor və 8 GB RAM var və yaddaş qurğusu 256 GB-dır. Yeni model Mac Mini bundan əvvəlki iMac-dən daha güclüdür. Mac Mini də önsifarişə açıqdır və onun da satışı noyabrın 7-dən başlayacaq.
Təqdimatın ən çox gözlənilən hissəsi isə yeni iPad-in təqdimatı olub. Tamamilə yenilənmiş iPad-in təqdimatından öncə onunla bağlı bəzi statistik məlumatlar yayımlanıb:

  • iPad dünyadaki bütün noutbuk markalarından daha çox satılıb

  • İndiyə qədər 400 milyon iPad satılıb və bu da onu bütün planşet markalarından daha üstün edir.

Yeni modelin xüsusiyyətlərinə gəlincə isə, yeni iPad iki fərqli – 11 və 12,9 düymlük versiyada təqdim olunub. Yeni iPad-in gövdə kənarları tamamilə yastılaşdırılıb və bu modeldə şirkət iPhone X təcrübəsini tətbiq edib, ənənəvi “Home” düyməsindən imtina edib. Hər iki versiyanın qalınlığı 5,9 mm-dir və təhlükəsiz üçün Face ID (üz tanıma sistemi) texnologiyasını təklif edir. Cihazın digər parametrləri:

  • Səkkiz nüvəli, yeni A12X Bionic adlanan prosessor. Bu prosessorun köməyilə cihaz 90%-ə qədər daha optimal işləyir

  • 64/256/512 GB və 1 TB-lıq yaddaş seçimləri

  • USB Type-C girişi. Şirkət ilk dəfə olaraq öz xüsusi “lightning” adlanan portundan istifadə etmir

  • iPad vasitəsilə öz iPhone-u şarj etmək imkanı

  • iPad-lə birlikdə yeni Apple Pencil 2 də təqdim olunub. Yeni model iPad Pro ilə tamamilə uyğundur və maqnitlə ona yapışır.

  • Cihazın mobil şəbəkə dəstəkləyən versiyası mövcuddur.

Yeni modelin 11 düymlük versiyasının qiyməti 799$-dan, 12,9 düymlük versiyası isə 999$-dan başlayır.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia