No Result
View All Result
Prezident İlham Əliyev Azərbaycanın Finlandiya, İsveç və Norveç Krallıqlarındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədovun geri çağırılması haqqında sərəncam imzalayıb.
Nə baş verib: Noyabrın 10-da Norveç hökuməti Azərbaycandakı səfirliyinin bağlanması haqqında qərar qəbul edib. Rəsmi Oslo Gürcüstanda səfirlik açacağını elan edib.
Səbəb nədir: Norveç XİN başçısı Eriksen Soreyde deyib ki, Gürcüstanda həyata keçirilən islahatlar onu “Avropa qurumları və Avroatlantik qurumlarla yaxınlaşdırıb” və Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır. Azərbaycanla arasındakı münasibətlər isə Norveçin Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda baş konsulluq fəaliyyət göstərəcək.
Adış Məmmədov 2013-cü il 12 avqust tarixində Azərbaycan Respublikasının İsveç və Norveç Krallığında, həmçinin Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
No Result
View All Result