Almaniya kansleri Angela Merkel Fransa Prezidenti Emmanuel Makronun vahid Avropa ordusu yaradılması barədə təklifini dəstəkləyir. Euronews yazır ki, Strasburqda Avropa Parlamentində çıxış edən Merkel Avropa Birliyinin xarici siyasətini gücləndirmək məqsədilə “Avropa Təhülkəsizlik Şurası” yaradılmasını təklif edib.
Kanslerin təklifinə görə, Avropa Birliyi üzvü ölkələrinin hər birinin növbə ilə rəhbərlik edəcəyi qurum həm də vacib qərarların daha sürətli qəbul edilməyinə şərait yaradacaq. Merkel bu qurumun NATO ilə rəqabətdə olmayacağını da deyib.
Nə baş verib: Ötən həftə Fransa prezidenti Emmanuel Makron Çin, Rusiya və ABŞ-dan gələ biləcək təhdidlərə qarşı vahid Avropa ordusunun yaradılmağını təklif edib.
Trampın təklifə reaksiyası: ABŞ prezidenti Donald Tramp fransalı həmkarının təklifinə Twitter sosial şəbəkəsində cavab verib. O, Makrona özünü iki dəfə dünya müharibəsi başladan Almaniyadan qorumağı məsləhət görüb:
Emmanuel Macron suggests building its own army to protect Europe against the U.S., China and Russia. But it was Germany in World Wars One & Two – How did that work out for France? They were starting to learn German in Paris before the U.S. came along. Pay for NATO or not!
— Donald J. Trump (@realDonaldTrump) November 13, 2018
“Emanuel Makron təklif edir ki, Avropanı ABŞ, Çin və Rusiyadan qorumaq üçün öz ordularını yaratsınlar. Amma Birinci və İkinci Dünya Müharibələrində olan Almaniya idi. Bu, Fransa üçün necə oldu? Onlar ABŞ-a gəlməzdən qabaq Parisdə almanca öyrənirdilər. NATO-ya pul ödəyin, ya da yox!”