İlin sonuncu və ən böyük Geminid (Əkizlər) meteroit yağışı saatlar qalıb. Meteorit yağışı 13 dekabrda başlayacaq, 14 dekabra keçən gecə ən pik nöqtəsinə çatacaq.
Qaranlıq və göyüzünün açıq olduğu hər yerdən bu möhtəşəm mənzərəni izləmək mümkün olacaq.
“Meteorit yağışlarının kralı” adlandırılan Geminid yağışı “3200 Phaethon” adlı sönük quyruqlu ulduzun Günəş ətrafında fırlanarkən arxasında qoyduğu qayalardan meydana gəlir.