ABŞ-ın kosmik agentliyi (NASA) Saturn planetinin halqalarının yox olmağa başladığını açıqlayıb.
NTV yazır ki, NASA-nın əməkdaşları Saturnun onu digər planetlərdən fərqləndirən halqalarını tamamilə itirəcəyini bildiriblər. Buna səbəb isə həmin halqaları əmələ gətirən toz və buz hissəciklərinin planetin maqnit sahəsi tərəfindən cəlb edilməsidir.
Araşdırmalar göstərir ki, bu proses 100 milyon il vaxt alacaq. NASA-nın “Cassini” kosmos aparatı ilə əldə etdiyi görüntüləri izləyən elm adamları da bu məlumatı təsdiqləyib.