Bazar ertəsi, 17 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Mehman Hüseynovun üzərindən pul tapılma iddiası niyə absurddur? İzah edirik!

26 Dekabr 2018
A A
Mehman Hüseynovun üzərindən pul tapılma iddiası niyə absurddur? İzah edirik!

Mehman Hüseynov. İllustrasiya: mikroskop media

Bloqqer Mehman Hüseynovun ittiham olunduğu cinayət işi sübuta yetirilərsə, onu 3 ildən 7 ilə qədər həbs gözləyir. İttihama görə bloqqer 14 saylı cəzaçəkmə müəssisəsində inspektorun əmrinə tabe olmayıb, ona müqavimət göstərərək yaralayıb. Həmçinin qadağan olunduğu halda onun üzərindən 461 manat pul tapılıb.

Qanunvericiliyə görə, pul cəzaçəkmə müəssisələrində saxlanması qadağan olunan əşyalar sırasındadır. Lakin eyni müəssisədə cəza çəkən, keçmiş siyasi məhbus Rəsul Mürsəlov deyir ki, 14 saylı CÇM başda olmaqla Azərbaycan həbsxanalarında hər hansı bir məhbusun pulsuz yaşamağı qeyri-mümkündür:

“Cəzaların İcrası Məcəlləsinə görə məhkumların pul saxlaması qadağandır, amma Azərbaycan reallığında həbsxanalarda pulsuz yaşamaq mümkünsüzdür. Əgər söhbət sırf 14 saylı cəzaçəkmə müəssisəsindən gedirsə, orada cəza çəkmiş biri kimi deyə bilərəm ki, hamamdan tutmuş paltar yuma otağına, hətta suya qədər hər şey pulla verilir. Bunu da həbsxanada öz biznesini quran və həmin həbsxananın rəisi Əli İbrahimov edir. Bütün bunların müqabilində məhkumun üstündən pulun aşkarlanması iddiası olduqca gülüncdür, çünki məhkumun pulu olmasa adi sanitar-gigyenik qaydalara, duş qəbul etməyə belə əməl edə bilməz”.

Əgər bu cinayət işi açılmasaydı Mehman Hüseynov iki aydan sonra azadlığa çıxacaqdı.

Vəkili nə deyir: Mehman Hüseynovun vəkili Şəhla Hümbətova Meydan TV-yə deyib ki, bloqqer dünən atası ilə görüşüb və ona hər şeyin normal olduğunu deyib. Vəkil yeni cinayət işinin açılacağı barədə ehtimalların özünü doğrultduğunu vurğulayıb.

“Hakimiyyət onu buraxmaq istəmir deyə bu gün belə bir cinayət işini açdılar. Sabah onunla görüşməyə gedəcəm, güman ki, bloqqeri Kürdəxanıya aparacaqlar. Əgər görüş baş tutsa, məsələni təfərrüfatı ilə öyrənəcəm”.

Oxşar təcrübə başqa kimdə olub: Sentyabrın 29-u həbs müddətinin bitməyinə 1 gün qalmış AXCP sədrinin müşaviri Məmməd İbrahimə yeni cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 317.2.1(CÇM-də qeyri qanuni əşyaların daşınması) maddəsi ilə ittiham olunub. Bundan öncə isə partiya fəalı 2015-ci il sentyabrın 30-da AXCP-nin keçmiş üzvü Mikayıl Quliyevin şikayəti əsasında həbs olunub. Sonradan onun ittiham olunduğu maddə 221.2.2-ci maddəsi ilə (silah tətbiq etməklə xuliqanlıq törətmək) əvəzlənib. Nərimanov rayon məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Nə baş verib:

  • M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda ittiham olunub.

  • Penitensiar xidmətin bu gün yaydığı məlumata görə, Mehman Hüseynov cəza çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsində ümumi axtarış zamanı Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalova xəsarət yetirib. Fiziki müqavimət göstərdiyi iddia olunan bloqqerin otaqda olan əşyaları sındırdığı deyilir. Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.

Mehman Hüseynov kimdir: Bloqqer Mehman Hüseynov deputatlar və yüksək vəzifəli şəxslərə məxsus olduğu deyilən mülklər, villalar barədə video-sujetlər hazırlayıb.

  • M.Hüseynov həbsinin siyasi motivli olduğunu düşünür.

  • Beynəlxalq hüquq müdafiə təşkilatları onu vicdan məhbusu elan edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia