NASA, “SpaceX” və rəqibləri 2019-cu ildə əvvəllər ancaq filmlərdə görünən səhnələri reallığa çevirməyi planlaşdırırlar. Həmçinin, kosmosun öz təqvimi də doludur: Ay və Günəş tutulmaları, çoxlu meteorit yağışları olacaq.
1 yanvar: Kosmosda ən uzaq məsafəyə səyahət
NASA-nın “New Horizon” adlı kosmik gəmisi “Ultima Thule” adlandırılan planetəbənzər cismə yaxınlaşacaq. Bu zaman o, Yerdən 6.5 milyard kilometr uzaqda olacaq. Bu, indiyə kimi kosmosda gedilən ən uzaq məsafə kimi tarixə düşəcək.
3-4 yanvar: Meteorit yağışları
2 gün ərzində saatda 50-100 arası meteorit görmək mümkün olacaq.
6 yanvar: Günəşin qismən tutulması
Şimal-Şərqi Asiya və Sakit Okeanın şimalından bu mənzərəni izləmək mümkündür.
7 yanvar: “SpaceX” şirkəti “Crew Dragon” adlı kosmik gəminin sınaq uçuşunu həyata keçirəcək
Bu gəmidən Beynəlxalq Kosmik Stansiyaya bəzi məhsullarla yanaşı 2 astronavt göndərmək üçün istifadə ediləcək. Ancaq 2019-cu ildə baş tutacaq bu sınaq uçuşunda gəmi astronavtlar olmadan havaya qalxacaq.
20-21 yanvar: Ay Tutulması
Yanvar ayının sonları: Aya eniş İsrailli milyarderlərdən biri Aya robot göndərəcək. Hindistan isə ikinci dəfə Aya kosmik gəmi yollayacaq. Bu dəfə 6 təkərli araşdırma aparatı Ayın səthinə endiriləcək.
Fevral ayı:
“SpaceX” Dünyanın orbitinə çoxlu peyklər yerləşdirərək hər yeri pulsuz internetlə təmin etməyi planlaşdırırdı. Ancaq Londondakı rəqib şirkətlərdən biri “SpaceX”i qabaqlayıb. Adı açıqlanmayan şirkət 2019-cu ildə dünyanı pulsuz internetlə təmin etmək üçün sınaqlara başlayacaq.
Digər tərəfdən “Boeing” şirkəti də “SpaceX” kimi astronavtları orbitə aparıb-gətirəcək kosmik gəminin sınaq uçuşunu həyata keçirəcək.
Hazırda Yupiteri araşdırmaqla məşğul olan “Juno”dan detallı məlumatlar əldə olunacaq.
Yaz ayları:
Yenidən meteorit yağışı müşahidə ediləcək.
İlin son ayları:
Qismən Ay tutulması olacaq.
Nadir təbiət hadisəsi baş verəcək. Belə ki, Merkuri planeti Günəşin qarşısından keçəcək və Yerdən bunu müşahidə etmək mümkün olacaq. Ancaq bu mənzərəni çılpaq gözlə izləmək məsləhət deyil.
Çin Aydan torpaq nümunələri gətirəcək.
“SpaceX” nəhəng “Big Falcon Rocket”inin tikintisini tamamlayıb, sınaq uçuşlarına başlayacaq.
13-14 dekabr
“Meteorit yağışlarının kralı ” adlandırılan “Geminid yağışları” isə ilin sonuncu kosmik hadisəsi olacaq.
Azərbaycan hökuməti yüzlərlə jurnalist və ictimai fəalın telefonlarını izlədiyi və NSO Qrup şirkətinin istehsalı olan “Pegasus”la kifayətlənməyib və İsraildən daha...
Ötən həftədən etibarən Azərbaycanın dövlət televiziyası və hökumətyönlü mediaları Ursula von der Leyen, Entoni Blinken və Nikol Paşinyan arasında aprelin...
Müəlliflər: Ani Mejlumyan, Valentin Châtelet Tərcümə: Mikroskop Media Ötən ilin iyununda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqların...
2024-cü ilin əvvəlində Qırğızıstan hakimiyyəti yerli mediaya qarşı indiyədək görünməmiş hücuma keçib. 16 yanvarda ölkənin ən tanınmış araşdırma layihələrindən olan...