İran İslam Respiblikası Mərkəzi Bankı ölkənin milli valyutası rialın denominasiya edilməsi (pul vahidindən sıfırların silinməsi) ilə bağlı qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib.
Habertürk yazır ki, bu barədə Mərkəzi Bankın rəhbəri Əbdülnasir Hümməti məlumat verib.
Sıfırlar silindikdən sonra bir yeni rial 10 min köhnə riala bərabər olacaq.
Hazırda ölkədə 1 ABŞ dolları təxminən, 10 min riala bərabərdir.