Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü aclıq aksiyası keçirən bloqqer Mehman Hüseynovla bağlı bəyanat yayıb.
O, Mehman Hüseynovun vəziyyətini diqqətdə saxladıqlarını deyib:
Biz jurnalist və insan haqqları aktivisti Mehman Hüseynovun vəziyyətindən narahatıq. Onun vəziyyətini və xüsusilə də həbsxanadakı şəraitini diqqətdə saxlayırıq. Ümid edirik ki, Mehman Hüseynova qarşı qaldırılan yeni cinayət işi qüvvədən düşəcək və o, tezliklə azad ediləcək.
https://www.facebook.com/MikroskopMedia/videos/2055146271244370/
Nə baş verib: Haqqında açılan yeni cinayət işinə etiraz olaraq hazırda həbsdə olan bloqqer Mehman Hüseynov 14 gündür ki, aclıq aksiyası keçirir. Onun ilk həbsinin müddəti martın 3-də bitir.