Milli Şura və AXCP-nin "Məhsul" stadionunda keçirdiyi mitinq. Foto: Turan

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının Mehman Hüseynova dəstək aksiyası keçirməklə bağlı müraciətinə yox cavabı verib.

Bu barədə partiyanın sədr müavini Səxavət Soltanlı məlumat yayıb.

Onun sözlərinə görə, BŞİH müraciətə verdiyi cavabı heç nə ilə əsaslandırmayıb.

Mitinqin yanvarın 12-i saat 15:00-da “Məhsul” stadionunda keçirilməsi planlaşdırılmışdı.

Buna da bax: Mehman Hüseynovun atası deyir ki, oğlu aclığı dayandırmayıb

Nə baş verib: Həbsdən azad olunmağına iki ay qalmış haqqında yeni cinayət işi açılan bloqqer Mehman Hüseynov buna etiraz olaraq 14 gündür ki, aclıq aksiyası keçirir. O, həbsxana əməkdaşını döyməkdə ittiham olunur və bu ittihamı əsassız sayır. Həbsinin və yeni ittihamın bloqqer fəaliyyəti ilə bağlı olduğunu deyir.

Şərhini yaz

Şərhinizi yazın
Adınızı daxil edin