ABŞ Prezidenti Donald Tramp ilk dəfə Amerika xalqına televiziya vasitəsilə müraciət edib.
BBC yazır ki, müraciətin əsas mövzusu 18 gündür ki, hökumətin işinin müvəqqəti dayandırılması və Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsinə razılıq verilməməsindən qaynaqlanan siyasi böhran olub.
— Donald J. Trump (@realDonaldTrump) January 9, 2019
Buna da bax: Washington Post: “Mehman Hüseynov azad olunmalıdır”
Tramp ABŞ-Meksika sərhəddindəki divar üçün büdcədən maliyyə ayrılmasını tələb edib.
Demokratlar isə prezidentə qarşı çıxır və onu Amerika xalqını girov saxlamaqda ittiham edirlər. Tramp demokratların liderləri ilə bu barədə müzakirələr aparmaq üçün onları Ağ evə dəvət etdiyini deyib.
O, gözlənilənin əksinə sərhəddə yaranmış şəraitlə əlaqədar fövqəladə vəziyyət rejimi elan etməyib.