Bazar ertəsi, 24 Avqust 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Yeni qaydaya əsasən pensiyalar necə hesablanacaq? İzah edirik!

25 Dekabr 2019
A A
Yeni qaydaya əsasən pensiyalar necə hesablanacaq? İzah edirik!

pensiya kalkulyatoru

Bu ildən etibarən Azərbaycanda əmək pensiyalarının hesablanması qaydaları dəyişdirilib. İlham Əliyevin 2018-ci il dekabrın 21-də imzaladığı “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanuna əsasən pensiyalar avtomatlaşdırılmış qaydada hesablanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyanın elektron qaydada təyin olunması mexanizminin artıq 600 nəfərə tətbiq olunduğunu açıqlayıb. Yeni qaydaya əsasən pensiyalar necə hesablanır? Bu hesablamanın müsbət və mənfi tərəfləri nələrdir? Mikroskop-un suallarını iqtisadçı Natiq Cəfərli cavablandırıb.

İndi qəbul olunmuş qərara görə, əmək pensiyasının təyin olunması prosesi elektronlaşdırılıb. Sosial müdafiə fondu elektron qaydada olunan müraciətə dərhal baxacaq. Bu qurumun özündə bu günə qədər olan qeydiyyat sənədləri, hesabatlarında olan rəqəmlər və sənədlərə əsasən pensiyanın hesablanması qaydası avtomatik aparılacaq və vətəndaşa bildiriş göndəriləcək.

1

Yeni qaydanın nə müsbət tərəfi var?

Əgər vətəndaş nəticə ilə razılaşmasa, görsə ki, səhv hesablanıb, şikayət edəcək və bu şikayət əsasında pensiyanın yenidən hesablanması üçün ayrıca komissiya yaradılacaq. O komissiya da bu şikayətə ayrıca baxacaq. Bu prosesin sürətli getməsi üçün elektronlaşması yaxşı əlamətdir ki, daha ayrı-ayrı kağızların, arayışların yığılmağına ehtiyac qalmayacaq. Bu nöqteyi-nəzərdə prosesin daha sürətli getməsi mümkündür.

2

Pensiyaçıların əsas problemi hesablanma qaydasıdır?

Amma pensiyaçıların problemi çoxdur. Təqaüdlərin hesabanması qaydası tez tez dəyişdirilir. 2006-cı ildə yeni qanun qəbul olunmasına baxmayaraq son bir neçə ildə artıq bir neçə dəfə hesablanma qaydaları dəyişdirilib. İndi yenidən dəyişdirilib və çox qəliz bir mexanizm yaradılıb. Hesablamalar 2006-cı ilə qədər pensiyaya çıxan adamlar üçün ayrı, 2006-cı ildən sonra pensiyaya çıxanlar üçün ayrı və bu ildən etibarın çıxanlar üçün də ayrı aparılacaq. Amma nəticə etibarilə rəsmi rəqəmlərdən məlum olur ki, bu proses pensiyaçıların böyük əksəriyyətinin minimum təqaüd alması ilə nəticələnəcək. Azərbaycanda 1 milyon 300 min pensiyaçı var, bunun az qala 90 faizi minimum yaxud da minimuma yaxın pensiya alır. Problem bundadır ki, hesablanma qaydaları daha ədalətli olmalı idi , dövlətin təklifləri olmalı idi ki, heç olmasa iş stajı ilə pensiyaya çıxanların təqaüdü daha yüksək hesablansın.

Ölkədəki pensiyaçıların cəmi 10 faizinin – dövlət qulluqçuları, hərbi qulluqçular, müxtəlif xidmət orqanlarında çalışanların pensiyasının hesablanma qaydası fərqlidir və onlar daha yüksək pensiya ala bilir. Amma təxminən 90 pensiyaçı təqaüdçü 200 manat civarında pensiya alır.

3

Əvvəl hesablama qaydası necə idi?

Əvvəllər pensiyaya çıxmamışdan əvvəl dövlət müəssisələri və ya dövlət büdcəsindən maliyyələşən yerlərdə həmin müəssisəyə, ya da kadrlar şöbəsinə müraciət olunurdu və pensiya yaşına çatanlar ərizə yazırdılar. Kargüzarlıq işləri başlanırdı, onların təqaüdə çıxmasına icazə verilirdi. Bundan sonra da onların təqaüdlərinin hesablanması qaydasına başlanırdı. Özəl şirkətlərdə də buna bənzər durum idi, amma belə şirkətlərdə pensiya yaşına çatan kimi dərhal təqaüdə çıxılmırdı. Rəhbərlik və işçinin razılığı əsasında işçi qsalıb işləyə də bilirdi. Pensiyaya çıxmaq istəyəndə adi qaydada sənədlər toplanır, kargüzarlıq işləri görülür və pensiyanın miqdarı hesablanırdı.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia