ABŞ prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumunda iştirak etməyəcəyini açıqlayıb.
Euronews yazır ki, prezidentin bu qərarına ABŞ-Meksika sərhədindəki böhran səbəb olub.
Donald Tramp “Twitter” səhifəsində yaydığı bəyanatda Davosa gedə bilmədiyi üçün demokratları günahlandırıb.
Because of the Democrats intransigence on Border Security and the great importance of Safety for our Nation, I am respectfully cancelling my very important trip to Davos, Switzerland for the World Economic Forum. My warmest regards and apologies to the @WEF!
— Donald J. Trump (@realDonaldTrump) January 10, 2019
Sərhədlərin təhlükəsizliyi ilə bağlı demokratların barışmaz mövqeyi və ölkənin təhlükəsizliyinin fövqəladə dərəcədə vacibliyi səbəbindən Davos Dünya İqtisadi Forumuna getmirəm.
Prezident buna görə üzr də istəyib.
Buna da bax: Tramp ilk dəfə televiziyadan xalqa müraciət edib
Nə baş verib: ABŞ-ın federal hökuməti Meksika sərhəddinə inşa ediləcək divarın səbəb olduğu böhran və büdcə məsələsindəki problemlərə görə 22 dekabrda qismən fəaliyyətini dayandırıb.