Ötən gecə Xaçmaz rayonunda küçə itləri kütləvi şəkildə güllələnib.
Gecə saat 00:00-02:30 radələrində baş verən hadisənin Nəriman Nərimanov küçəsində qeydə alınan görüntüləri sosial şəbəkədə yayılıb.
Hadisə şahidləri deyir ki, ölü itlər Xaçmaz bələdiyyəsinə aid zibil maşınına yığılıb.
Hadisə ilə əlaqədar Xaçmaz bələdiyyəsi ilə əlaqə saxlasaq da bələdiyyənin əməkdaşı bildirdi ki, bu barədə məlumatı yoxdur və səlahiyyəti olmadığına görə ətraflı informasiya verə bilməz.
Xaçmaz bələdiyyəsinin işçiləri itləri güllələyib
Dünən gecə saat 12:00dan 2:30-a qədər Xaçmazın mərkəzi küçələrində itlər güllələnib. Ölü itlərin yığıldığı maşın Xaçmaz bələdiyyəsinə aid zibil maşını olub.Daha ətraflı oxumaq üçün – https://goo.gl/5vgQ1S
Mikroskop Media paylaştı: 11 Ocak 2019 Cuma
Qanun nə deyir: Sahibsiz heyvanların öldürülməsi və işgəncə verilməsinə görə İnzibati Xətalar Məcəlləsində cəzalar nəzərdə tutulub. Həmçinin Azərbaycan “Ev heyvanlarının qorunması haqqında Avropa Konvensiyası”na qoşulub.